İcra başçısı bələdiyyə sədri üçün kimlərdən nə qədər “hesab alıb? – ŞOK SİYAHI

vaqif23 dekabrda keçirilən bələdiyyə seçkilərində Beyləqan rayonunda icra başçısı Vaqif Abdullayev tərəfindən “hesab”ı alınan namizədlərlə bağlı GUXEBER.COM-a ilginc məlumat daxil olub. Həmin məlumatda  Beyləqan şəhərinin və 9 kəndinin bələdiyyə sədrinin siyahısı qeyd olunub. İnformasiya mənbəmiz bildirir ki, rayon icra başçısı Vaqif Abdullayev kəndlərdə bələdiyyə sədri olmaq istəyənlərdən 5 və 3 min manat arasında hesab yığdırıb. İcra başçısının “hesab” alaraq yenidən bələdiyyə sədri olacaq kənd bələdiyyə sədrlərinin siyahısını təqdim edirik.
Dünyamallar kənd bələdiyyəsinə sədr seçilmək üçün Sahib Cəfərovdan 5 min manat, Kəbirli kənd bələdiyyəsinə sədr seçilmək üçün Barat İbrahimovdan 5 min manat, Təzəkənd kənd bələdiyyəsinə sədr seçilmək üçün Həsən Əliyevdən 5 min manat, Birinci Şahsevən kənd Bələdiyyəsinə sədr seçilmək üçün Namiq Baxşaliyevdən 5 min manat, Qəhrəmanlı kənd bələdiyyəsinə sədr seçilmək üçün Tehran Sadıqovdan 5 min manat, Allahyarlı kənd bələdiyyəsinə sədr seçilmək üçün Ərşad Hüseynovdan 5 min manat, Əlinəzərli kən bələdiyyəsinə sədr seçilmək üçün Faiq Mehdiyevdən 5 min manat, 2 ci Şahsevən kənd bələdiyyə sədri seçilmək üçün Elbururs İbrahimovdan 5 min manat, İmamverdi kənd bələdiyyə sədri seçilmək üçün Rasim Əliyevdən 5 min manat “hesab” alınıb. Məlumat mənbəmizin adlarını çəkdiyi şəxslər qeyd etdiyimiz kəndlərin bələdiyyə sədrləri seçiləcəklər. İnformasiya mənbəmiz həmçinin qeyd edir ki, Beyləqan şəhərinin bələdiyyə sədri uğrunda mübarizəyə daha bir namizəd qoşulub. Bu şəxs rayonun keçmiş icra başçısıs Xasay Əhmədovun kürəkəni Novruz Quliyevdir.
Mənbəmiz idda edir ki, icra başçısı Vaqif Abdullayev bələdiyyə üzvülüyünə seçilən hər üç şəxsdən Novruz Quliyevdən, Bakir Baxşaliyevdən və Akif Hüseynovdan 15 min manat “hesab” alıb. Hazırda hər 3 şəxs 2 gündür rayon icra hakimiyyətinin qarşısında “gecələyir”. Məlumatlı şəxs bildirir ki, Vaqif Abdullayev ayrı ayrılıqda hər 3 şəxsə bələdiyyə sədri sözü verib.Amma keçmiş sədr Bakir Baxşaliyevlə Novruz Quliyevin adları daha çox çəkilir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
GUNXEBER.COM

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com