Abşeron İcra Hakimiyyətində ciddi maliyyə pozuntuları aşkarlanıb

065fb85f-6c94-44dd-8dae-858505f0a1df_292

Hesablama Palatasının Kollegiyası 2014-2015-ci illərdə və 2016-cı ilin birinci yarısında dövlət büdcəsinin yerli xərclərindən Abşeron rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı təsdiq edib.

“Report” bu barədə Hesablama Palatasına istinadən xəbər verir.

Audit 4 qurumda həyata keçirilib və ümumilikdə 8 637,4 min manat məbləğində vəsait əhatə olunub.

Qurumlar tərəfindən təsərrüfat gəlirləri hesabına maliyyələşməli xərclər bəzi hallarda büdcə vəsaiti hesabına ödənilib, müvafiq bölgüyə riayət edilmədən tələbatdan artıq alınmış vəsaitin təyinatı dəyişdirilərək təsərrüfat məqsədlərinə, o cümlədən dövlət büdcəsi ilə nəzərdə tutulmayan mənzil fondunun məişət və istehsalat tullantılarının daşınması xərclərinin, digər xərclərin, eləcə də vergi qanunvericiliyinə riayət edilməməsi səbəbindən vergi orqanları tərəfindən hesablanmış və tətbiq olunmuş maliyyə sanksiyasının ödənişinə yönəldilib.

Bəzi hallarda mənzil fondunda əsaslı təmir işlərinin eyni ünvanda üst-üstə düşməsi və işlərin dəyərinin artırılması, satınalmalar üzrə qanunvericiliyin və əmək məcəlləsinin tələblərinin gözlənilməməsi, lift xidmətində əhalinin sayının az göstərilməsi, və s. nəticəsində artıq ödənişlərə, həmçinin mövsümə uyğun olmayan alışlara vəsait yönəltməklə səmərəsiz xərclərə yol verilib.

“Milli Mühasibat Uçotu Standartlarına keçid təmin olunmayıb, hesabat dövründə kommunal xidməti üzrə əhali və qeyri-əhali qrupu üzrə məişət tullantılarının daşınması işləri əsasnamələrinə uyğun vəzifə və funksiyasına aid olan müəssisələrə həvalə edilməyib, ödəniş növbəliliyi gözlənilmədiyindən büdcə və sosial sığorta üzrə kreditor borcu auditlə əhatə olunan dövrdə artıb”, – deyə sənəddə qeyd olunub.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com