Helikopterin vurulma anı: yeni görüntülər – VİDEO – FOTOLAR

photo_4560Ermənistan ordusunun hərbi helikopteri Azərbaycanın hava məkanını pozduğu üçün Silahlı Qüvvələrimiz tərəfindən vurulub.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirirlər. Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq, uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.

Cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücuma cəhd edib. Silahlı Qüvvələrimiz tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib.

Vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.

ATVxəbər.az düşmən helkopterinin vurulma anının görüntülərini təqdim edir:

    

Atvxeber.az

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com