Hacıbəy Zaqatalski azadlığa çıxdı

img1453598Oğlu İbrahim: “Atam heç bir vərəqə paylamamışdı”

Zaqatalının məşhur iş adamlarından olan Hacıbəy İbrahimov-Zaqatalski oktyabrın 13-də saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. O, məhkəmə hokmw ilə barəsində çıxarılan 6 illik həbs cəzasını son gününə qədər həbsdə olub.
H.Zaqatalski və digər təqsirləndirilənlər Hacı Katlayevlə Nəbi Sulxayev “milli zəmində təxribat xarakterli vərəqələr paylamaqda” ittiham edilərək həbs edilmişdilər.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə H.Zaqatalski 6, digər iki şəxs 5 il müddətinə azadlıqdan məhrum edilmişdilər. Hökmdən 2 ay sonra Hacı Katlayev cəzaçəkmə yerində dünyasını dəyişmişdi.
H.Zaqatalski həbsindən əvvəl belə məlumatlar var idi ki, ona məxsus və Zaqatalanın Car kəndində yerləşən məşhur “Ləzzət” istirahət mərkəzini əlindən almaq istəyirlər. Belə ki, nazirlərdən bəzilərinin həmin obyektə gözü düşüb. H.Zaqatalski isə oranı satmaqdan imtina edib. Nəticə etibarı ilə isə obyekti uğrunda mübarizə aparan sahibkar həbs edilib. Onunla bərabər “Ləzzət”in işçiləri olan Hacı Katlayevlə Nəbi Sulxayev də tutulmuşdular.
H.Zaqatalskinin oğlu İbrahim İbrahimov atasının azadlıqda olduğunu dedi: “Atam evdədir, dincəlir”.
İ.İbrahimov atasının məhkəməsində də heç bir vərəqə paylamadıqlarını söylədiyini açıqladı: “Artıq bunun heç bir əhəmiyyəti yoxdur. Atam yaşlaşıb. “Ləzzət” bizdədir. Hazırda var gücü ilə işləyir. İnşallah, atam oranı işlədəcək. Allah Hacı Katlayevə də rəhmət eləsin”.
İ.İbrahimov atasının tütünçülüklə məşğuliyyətini mümküsüz sayıb: “Artıq tütünçülüklə məşğul olması üçün gecdir”.

 

Copyright © 2017 Gunxeber.com