Hərbi helikopter qəzaya uğradı (VİDEO,FOTO)

97448Qəzanın səbəbləri araşdırılır.

ABŞ-ın Kolorado ştatının Duqlas şəhərində hərbi helikopteri qəzaya uğrayıb. 

ANS PRESS-in məlumatına görə, Fort-Karson hərbi bazasından havaya qalxan “Black Hawk” hərbi helikopter meşəlikdə yerə düşüb. Hadisə zamanı helikopterin göyərtəsində olan 4 nəfər əsgərdən ikisi zərər çəkib. “Black Hawk” hərbi helikopteri məşq uçuşunu yerinə yetirirmiş.

Hadisə yeri sıx meşəlik olduğundan zərərçəkmişlərə yardım üçün tibbi vertolyotlar göndərilib. Qəzanın hansı səbəblərdən baş verdiyi araşdırılır.


Qəzaya düşən helikopter

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com