Həkim ANS-dəki çıxışına görə jurnalisti ölümlə hədələdi TV VİDEO

JUR.Az və Gunxeber.com saytının əməkdaşı, tanınmış jurnalist Coşqun Calaloğlu tənqidi çıxışına görə ölümlə təhdid olunur. ANS telekanalında “Açıq Söhbət”ə dəvət alan C.Calaloğlu verlişdə “Oksigen Klinik Xəstəxanası”nın və cərrah Mübariz Əliyevin çirkin əməlləri haqda şok faktlar açıqlayıb. “Açıq Söhbət” verlişi bu axşam saat 20:00 da efirə getdikdən sonra jurnalistə zəng vuran cərrah Mübariz Əliyev bu sözləri ifadə edib: “Sizinlə danışan Mübariz Əliyevdi. Siz nə alçaq jurnalistsiz. O nə yazılardı mənim haqqımda yazmısınız.  SƏn çox qələt eliyib, ……. mənim haqqımda belə bir yazı yazmısan. Sən axı kimsən? Sən əlimə keçsən, səni öldürəcəm. Sənin  haqqında tədbir görəcəm.Tapacam səni”- deyə M.Əliyev təhqiramiz ifadələrlə telefonu qapadıb. Junrnalist M.Əliyevə biraz diqqetli olmağı desə də cərrah söyüş və təhqiramiz ifadələri yenidən yağdırmağa başlayıb.

Onu da əlavə edək ki, bir neçə gün bundan öncə “Oksigen Klinik Xəsətəxanası”nın rəhbərliyi adından C.Calaloğluya zəng vuraran şəxs  xüsusi adamların ayrıldığını və yaxın günlərdə cəzalandırılacağını deyib.

Qeyd edək ki, Coşqun Calaloğlunun Oksigen klinikasında əməliyyat olunan xəstəninin sonradan ölməsi səbəbəini araşdırdığına görə təziqlərə məruz qalmaqdadır.

Coşqun Callaoğlu ölümlə təhdid edildiyinə görə, müvaifiq qrumlara müraciət edəcək.

 

 

VİDEO LİNK http://www.youtube.com/watch?v=4mlAOVwTU4U

 

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com