“Gross” rəhbərliyi müştərini hədələdi – uduş kampaniyasında fırıldaq

mtu4nzm2ndc3yjlinde“Gross” super marketlər şəbəkəsi müştərilərə kələk gəlib.
AzToday.az xəbər verir ki, paytaxt Bakıda 10-dan çox marketə sahib olan “Gross” şəbəkəsi 2016-cı ilin dekabrın 1-dən müştəriləri üçün uduş kampaniyası keçirib. Belə ki, marketlər şəbəkəsinin keçirdiyi uduş kampaniyasında müxtəlif məişət cihazları və super priz olaraq 7 kq-lıq “Beko” paltaryuyan maşın qoyulubmuş. Müştərilərin uduş kampaniyasında iştirakı üçün əsas şərt 30 manatlıq alış-verişin müqabilində bir kuponun verilməsi olub. “Beko” paltaryuyan maşını udmaq üçün isə 50 kupon, yəni minimum 1500 – 2000 manat arasında alverin edilməsi əsas şərt kimi qoyulur.
Uduşlar dekabrın 28-dən yanvarın 5-nə qədər verilməli imiş. 50 kuponu Gross” mağazalar şəbəkəsinin Zabrat-2-dəki marketinə təqdim edən Royal  Məmmədova “sürpriz” edilib. AzToday.az-a daxil olan şikayətdə bildirilir ki, Royal Məmmədova “Beko” əvəzinə kiçik həcmli və Çin istehsalı olan paltaryuyan maşın hədiyyə kimi verilib. Buna etiraz edən müştəriyə isə mağazanın satış meneceri Rovşən adlı şəxs tərəfindən hədə qorxu gəlinib. Hədə qorxuya “Gross” mağazalar şəbəkəsinin mudiri Ədalət Qasımov da qoşularaq Royal Məmmədova “ağıllı” olmağı tapşırılıb.
Royal Məmmədov ona edilən hədə-qorxu ilə əlaqədar 102 xidmətinə müraciət edib. Vətəndaşın şikayəti əsasında Sabunçu rayon 15-ci polis bölməsində araşdırmalara başlanılıb.
Qeyd edək ki, “Gross” mağazalar şəbəkəsinin  millət vəkili, “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin sədri Cavid qurbanova məxsus olduğu bildirilir.

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com