Gəncədə Polis İdarəsində ölüm baş verdi

1484134230_gence_polis_07rtytr

 

Gəncə şəhər Baş Polis İdarəsinin işçisi iş otağında vəfat edib.

APA-nın məlumatına görə, hadisə bu gün qeydə alınıb. Gəncə şəhər Baş Polis İdarəsində həkim işləyən 1963-cü il təvəllüdlü Mehdi Musayev iş otağında dünyasını dəyişib. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə aparılıb.

Meyit üzərində hər hansı xəsarət aşkarlanmayıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com