Fətulla Güləninin Azərbaycandakı gizli bankı – “Yapı Kredi Bank Azərbaycan”ın əsil sahibi kimdir?

10783

 

“Yapı Kredi Bank Azərbaycan” uzun illərdir ki, Türkiyədə uğursuz hərbi çevriliş cəhdində ittiham olunan FETÖ lideri Fətulla Gülənin nəzarəti altındadır

Bu barədə etibarlı mənbələrdən daxil olan məlumatda bildirilir ki, “Yapı Kredi Bank Azərbaycan”ın aktivlərinin əsas hissəsi Fətulla Gülən şəbəkəsinin nəzarəti altındadır və uzun illərdir ki, Gülən şəbəkəsi bu bank vasitəsi ilə özlərinin qaranlıq maliyyə əməliyyatlarını həyata keçirirlər.

Başqa bir mənbədən anaxeber.az-ın əldə etdiyi məlumatda qeyd olunur ki, təqribən 7-8 ildir ki, “Yapı Kredi Bank Azərbaycan”ın özək kadrları Fətulla Gülən şəbəkəsinə daxil olan şəxslərdən ibarətdir. “Yapı Kredi Bank Azərbaycan”ın baş ofisində və filiallarında çalışan aparıcı mütəxəssislərin böyük əksəriyyətinin isə Elnur Aslanovun və Ceyhun Osmanlının təqdimatları və tapşırıqlarına əsasən işə alındıqları bildirilir. Qeyd edək ki, Prezident Adminstrasiyasının sabiq şöbə müdiri, Gülənçi şəbəkənin Azərbaycanda əsas fiqurlarından biri olması ilə əlaqədar vəzifədən alınan və bir müddət əvvəl ölkəni tərk etməsi ilə bağlı məlumat yayılan Elnur Aslanov və “İrəli” Gənclər Təşkilatının sabiq sədri, sabiq deputat, Ceyhun Osmanlı Gülənçi şəbəkənin Azərbaycandakı əsas liderləri olaraq bilinir.

Elnur Aslanovun və Ceyhun Osmanlının “Yapı Kredi Bank Azərbaycan”da yerləşdirdikləri kadrların böyük əksəriyyətinin isə Gülən məktəblərində və Gülənçi şəbəkəyə yaxınlığı ilə tanınan universitentlərdə təhsil alan orta təbəqə Azərbaycan məmurlarının övladları olduqları bildirilir. Qeyd edək ki, irili xırdalı Azərbaycan məmurlarının övladlarının böyük əksəriyyəti prestiji və təhsil səviyyəsi ilə tanınan Gülən məktəblərində təhsil alıb və bu gün atalarının sayəsində müxtəlif vəzifələrdə yer alan həmin gənc kadrlar Azərbaycanda FƏTÖ hərakatının bundan sonrakı fəaliyyəti üçün geniş perespektivlər vəd edirlər.

Xatıqladaq ki, bu yazıda bəhs edilən “Yapı Kredi Bank Azərbaycan” QSC 11 Yanvar 2000-ci il tarixində Koçbank Azərbaycan LTD adı ilə Azərbaycan Respublikası Milli Bankından 243 saylı bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. 2005-ci ilin sentyabr ayında Türkiyədəki Yapı Kredi Bankası A.Ş.-də həmçinin “Koç Maliyyə Xidmətləri” ailəsinə daxil olub. “Koçbank Azərbaycan” LTD 2007-ci ilin əvvəlindən etibarən fəaliyyətini “Yapı Kredi Bank Azərbaycan” QSC adı ilə davam etdirir. Bank adının dəyişdirilməsi təsisçisi olan strukturun (Koçbank) digər tərəfdaş bankla (Yapı Kredi Bankası) birləşməsi ilə əlaqədardır.

Buna baxmayaraq mənbə bildirib ki, “Yapı Kredi Bank Azərbaycan”ın “Koç Maliyyə Xidmətləri” ailəsinə aidiyyatı yoxdur və “Yapı Kredi Bank Azərbaycan”ın “Koç Maliyyə Xidmətləri” ailəsinə daxil olması formal xarakter daşıyır. Mənbə bilidirir ki, Yapı Kredi Bank Azərbaycan”ın əsas aktivləri məhz Gülənçi şəbəkəyə aiddir. Bu bankdan son 6-7 il müddətində Pensilvaniyaya, Türkiyəyə və digər ölkələrə böyük miqdarda pullar transfer olunub. Bu pulların böyük hissi isə Azərbaycan iş adamlarının və həmçinin müxtəlif dövlət qurumlarında çalışan məmurların ödədikləri “hizmət parası” olub.

Qeyd edək ki, mənbə “Yapı Kredi Bank Azərbaycan”da çalışan və Gülənçim şəbəkəyə aid olan məmur övladlarının siyahısını redaksiyamıza təqdim edib. Həmin siyahı hazırda dəqiqləşdirilir və növbəti yazımızda bu barədə daha ətraflı məlumatları oxucularımızın diqqqətinə cəlb edəcəyik.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com