Elnur Aslanovun media mirası Kərəm Həsənova yüklənib

keremPrezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sabiq müdiri,  indi Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri işləyən Elnur Aslanovla bağlı yeni qalmaqal yaranıb. Gunxeber.com-a daxil olan məlumata görə, Elnur Aslanov PA-nın şöbə müdiri vəzifəsindən çıxarılandan sonra nəzarətinə olan KİV-lər də ondan alınb. Bu KİV-lər isə əsasən internet media quruluşlarıdır. Məlumata görə, E.Aslanovdan sonra həmin media quruluşlarına vəsait ayrılması  Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova tapşırılıb. Məlmatda bildirilir ki, hər ay bu işlərə yuz min manatdan artıq para xərcləyən K.Həsəsnov hər yerdə E.Aslanovun media mirasını ona yükləyən PA şöbə müdirinin əleyhinə danışır. K.Həsənov bu “yükdən” qurtulmağın yollarını arayır.

Komitə sədrinin bu məsələ ilə bağlı bir neçə dəfə E.Aslanov zəng edərək onunla təhdidedici tonda danışdığı bildirilir. Məlumatlara görə, K.Həsənov isə bu xəracın ödənilməsi üçün əsasən Cəlilabadın icra başçısı Əziz Əzizovdan istifadə edir.

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com