DYP-də Mübariz Şahbazov kabusu; Milyonlarla kapital, rəisə qarşı qiyam və yol qəzaları

1480403928_15226526_1434469769915090_1623684569_n

 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində uzun müddətdən bəri qruplaşmaların olduğu və illər ərzində bur qruplar arasında soyuq savaşın getdiyi barədə mətbuatda dəfələrlə təkzibolunmaz xəbərlər dərc olunub. 

DYP-dən daxil olan ilginc məlumata görə, qurumda baş verən qarşıdurmalar bir müddət səngidikdən sonra yenidən alovlanmağa başlayıb. Məlumatda iddia edilir ki, DYP rəisi polis general – mayoru Ramiz Zeynalovun yaş həddinin keçməsi ilə əlaqədar yaxın aylarda vəzifəsi ilə vidalaşacağı barədə yayılan məlumatlar qurumdakı qruplaşmaları hərəkətə keçirib. Bununla bağlı ANAXEBER.AZ-a daxil olan məlumatda vurğulanır ki, hər zaman generala yaxınlığı iə tanınan iki cənublu DYP İdarəsinin rəis müavini polkovnik Mübariz Şahbazov və Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat Şöbəsinin rəisi müavini Müşfiq Rəhimov birlikdə hərəkət etməyə başlayıb. Məqsəd isə R.Zeynalovdan sonra indiki müavin M.Şahbazovun DYP rəhbəri təyin olunmasıdır. Onu da bildirək ki, DYP daxilində ayrıca komanda formalaşdırmış və uzun müddətdir ki, birincilikdə gözü olan M.Şahbazov hakimiyyəti tam ələ keçirmək üçün dəfələrlə general rütbəsi almağa cəhd edib. Ancaq onun fəaliyyətindəki qanunsuzluq və korrupsiyanın çəkisi polkovnikin istəyinin çəkisindən çox olduğundan bu niyyət gerşəkləşməyib. 

Onu da qeyd edək ki, hazırda DYP rəisi polis general – mayoru Ramiz Zeynalova qarşı olan qruplaşmanın hər iki lideri, həm DYP İdarəsinin rəis müavini polkovnik Mübariz Şahbazov, həm də Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat Şöbəsinin rəisi müavini Müşfiq Rəhimov ölkə ictimaiyyətində mənfi imic qazanmış şəxslər sırasındadır. Bu yazımızda ANAXEBER.AZ olaraq bu məqama da aydınlıq gətirək. Çünki, bu gün yollarda baş verən qəzaların və bu qəzalar nəticəsində ölümlərin müəyyən bir məsuliyyəti də bu şəxslərin üzərinə düşür. Fikrimizə aydınlıq gətirmək üçün məsələyə xronoloji ardıcıllıqla yanaşaq. Əvvəla, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin yollarda baş verən qəzalarla bağlı apardığı araşdırmalarda üzgörənlik var. Yəni qəzaların baş vermə səbəbləri sadalanarkən naşı sürücülər haqqında bir kəlmə də danışılmır. Naşı sürücüyə sürücülük vəsiqəsini kim verir? Əlbəttə ki, MERO. Yəni BDYP idarəsinin İmtahan-Qeydiyyat Şöbəsi. MERO-ya “ukratorluğu” kim edir? Adını çəkdiyimiz cütlük. Bir qədər də konkretləşdirsək hörmətli polis polkovniki Mübariz Şahbazov. Əgər BDYP idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev oturub ucdantutma hamıya sürücülük vəsiqəsi verənlərə nəzarəti zəiflədən MERO-nun şefinə desə ki, “belə olmaz axı”? Onda bilirsiz Xırdalanın “kuruqunda” nələr baş verər?

Digər tərəfdən, BDYP idarəsində güclü bir sindrom var. Bu, Mübariz Şahbazov sindromudur. İstənilən sürücülük kateqoriyasını almaq istəyən şəxs MERO yox, yəni sürücülük vəsiqəsi vermək hüququna malik olan şöbəyə müraciət edib vəsiqə ala bilər. Həmin şöbənin də nəzarətçisi Mübariz Şahbazovdur və bu sindrom demokl qılıncı kimi MERO əməkdaşlarının başı üstündən asılıdır. Ona görə ki, “yezda” zamanı avtomobili yerindən tərpətməyi bacarmayana “əla” qiymət yazana, sadə yol nişanlarından başı çıxmayana “sən keçdin” – deyənlər yolqəzalarına məsul şəxslərdir. Yeri gəlmişkən: “Bizə yalnız qəpik-quruş qalır” – deyən MERO yetkilisinin yəqin ki, daşı kimin bostanına atdığını da çoxunuz yaxşı bilirsiniz.

Media üzərindən apardığımız araşdırmalarda onu da öyrəndik ki, DYP sistemində ən varlı şəxslər məhz “Cənub qruplaşmasının” üzvləridir. Buna misal olaraq Müşfiq Rəhimovu deyə bilərik. İllərdir nömrə “biznesi” ilə məşğul olan bu şəxs demək olar ki, böyük bir oliqarxdır. Təkər, restoran, ərzaq və sair bizneslərlə məşğul olan şəxsin əsas şəriklərindən birinin Mübariz Şahbazov olduğu iddia edilir. Maraqlı məqamlardan biri isə Müşfiq Rəhimovla Mübariz Şahbazov cütlüyünün onlar haqqında tənqidi yazılar dərc etməmələri üçün müxtəlif müxalif media qurumları ilə yaxşı “münasibətlər” qurmasıdır. Həmin media qurumlarının arasında sabiq MTN naziri, dövlətimizə xəyanət etmiş Eldar Mahmudova yaxın olan mətbu orqanlar da var. Bu gündə Mübariz Şahbazov və Müşfiq Rəhimov həmin “media” ilə ciddi münasibətdədir. Mənbəmiz bu “əlaqənin” MTN-ə bağlı saytlarda Mübariz Şahbazovla bağlı kompramat məlumatların olmaması və polkovnikin buna görə onlarla hesablaşdığı deyilir. DYP içində hər kəs yaxşı bilir ki, əslən Cəlilabaddan olan Mübariz Şahbazovun paytaxt Bakıda və doğma rayonunda çoxlu sayda mal-mülkü mövcudddur.

Eyni misalı Müşfiq Rəhimovada aid etmək olar. Məhz buna görədə “Cənub qruplaşmasının” rəhbərləri özləri haqqında ilginc məlumatların mediada işıqlanmaması üçün müxalifət və Eldar Mahmudova bağlı mətbuatla münasibətləri hər zaman yaxşı saxlamağa çalışıblar.
Qeyd edək ki, polkovnik Mübariz Şahbazovun Bakı şəhərində hansı obyektlərinin olması barədə araşdırmalarımız davam edir və əldə etdiyimiz məlumatları davamlı olaraq oxucularımıza təqdim edəcəyik.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com