Dünyanın ən böyük yaxtası azərbaycanlı oliqarxın limanına yan aldı – FOTOLAR

img1868835Türkiyənin ilk meqa yaxta layihəsi olan “Palmarina Bodrum” istifadəyə veriləndən bəri dünyanın ən müxtəlif qitə və ölkələrindən gələn nəhəng yaxtalar burada lövbər salıb.
Virtualaz.org saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, lakin “Palmarina Bodrum” bu dəfə başqa bir özəlliyi ilə diqqət mərkəzinə düşüb. Bu dəfə dünyanın ən böyük özəl yelkənli yaxtası – “Maltese Falcon” yaxtası “Palmarina Bodrum”a gəlib.
Dünyanın 100 ən böyük və lüks yaxtası siyahısında yer alan və Malta bayrağı altında üzən 88 metrlik “Maltese Falcon” (“Malta şahini”) İtaliya şirkəti tərəfindən inşa edilib. Bu lüks meqa-yaxta 12 nəfərlikdir, daha 18 nəfərlik də xidmət personalı var.
2006-cı ildə suya endirilən yaxtanın ilk sahibi amerikalı milyarder Tom Perkins olub.
T.Perkins onu 2009-cu ildə 60 milyon funt-sterlinqə yunan əsilli britaniyalı sərmayədar, “İKOS Ltd.” şirkətinin sahibi Elena Ambrosiaduya satıb.
İrili-xırdalı 620 yaxtanı qəbul etmək gücündə olan “Palmarina Bodrum” limanına gəlincə isə bu buxta dənizçiliyin ən son tələb və standartlarına uyğun yüksək xidməti ilə seçilir.
Türkiyədə yaşayan azərbaycanlı milyonçu Mübariz Mənsimovun “Palmali Group” şirkətinə məxsus liman beynəlxalq statusa və Türkiyənin dənizçilik və turizm sektorunda xüsusi paya malikdir.
Bu liman azərbaycanlı iş adamı tərəfindən 2011-ci ilin mayında satın alınaraq yenidən qurulub.
İlboyu elit xidmətlər göstərməsi ilə seçilən “Palmarina Bodrum” dünyanın ən təhlükəsiz yaxta limanlarından biri hesab olunur.

 

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com