Dünyanı idarə edən Rotşildlərin gələcəyimizi müəyyən edən sirri - ŞİFRƏ AÇILDI – FOTOLAR

foto-uz

Dünyanın gizli hökmdarları olaraq tanınan Rotşildlərə bağlı “Ekonomist” jurnalının 2015-ci ildə üz qabığında dərc etdiyi “Dünya 2016-cı ildə” fotokollajının şifrəsi açılıb.

Publika.az xəbər verir ki, şifrəli fotokollajda 2016-cı ildə baş verəcək siyasi və iqtisadi hadisələr öncədən xəbər verilir. Şifrələnmiş kollajda 14 kişi, 10 qadın yer alıb.

Proqnoz – 1

Öndə Almaniya kansleri Angela Merkel, sağda ABŞ Federal Rezerv Sisteminin rəhbəri Canet Yellen, solda isə Hillari Klinton görünür. Gözlənilirdi ki, 2016-cı ildə xanımların dünya siyasətində mövqeyi güclənəcək.

Fakt

Yayda gözlənilmədən planetin aparıcı ölkələrindən olan Böyük Britaniyada baş nazir postuna xanım siyasətçi Tereza Mey gəldi. Həmçinin, Tayvanın prezidenti xanım Tsay İnven oldu. 2016-cı ildə Fransanın “Milli Cəbhə” partiyasının lideri Marina Le Penin nüfuzu gücləndi. ABŞ-da demokratların namizədi Hillari Klinton prezident seçilməsə də, il boyu bütün dünya onun haqqında danışdı

Proqnoz – 2

Rusiya prezidenti Vladimir Putin. 2016-cı ildə o, Qərbin iqtisadi təzyiqinə məruz qalmağa davam edəcək, həmçinin, neftin qiyməti düşəcək. Fotoda Putinin üzü Obamaya simmetrik əks olunub və ABŞ prezidentinin əksinə olaraq, üzü rəngli göstərilir. Bu, müstəqil siyasət aparmağı və dünyada gücün yeni qütbü olmağa cəhdi göstərir.

Fakt

2016-cı ildə Rusiyaya iqtisadi təzyiq davam etdi. Yanvar ayından başlayaraq, “Brent” markalı neftin qiyməti son 10 il ərzində minimuma endi – bir barel 27,1 dollar. İlin sonuncu ayında Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları daha yarım il uzatdı. Lakin Putin dünya arenasında müstəqil siyasət aparmağı və güc mərkəzi olmaq cəhdini davam etdirir.

Proqnoz – 3

Çin lideri Si Szinpin. Fotoda o, Obama və Hillari Klintonla əhatələnib. Bu, 2016-cı ildə Pekinin Vaşinqtonla münasibətlərinin arzuolunmaz olacağına işarədir. Bununla yanaşı, 2016-cı ildə Çinin hökmranlıq tendensiyası güclənəcək, maliyyə müharibələrinə cavab verəcək, Cənubi Çin Dənizində aktivləşəcək. Çin əriştəsi əbəs yerə Si Szinpin fotosunun aşağısında yerləşdirilməyib. Bu, Cənubi Çin Dənizində gərginliyə işarədir.

Fakt

2016-cı ildə Cənubi Çin Dənizində ABŞ və Çin arasında qarşıdurma 15 dekabrda başlandı. Buna səbəb Pekinin Amerikaya aid sualtı casus-pilotsuz təyyarəsini tutması oldu. Təyyarə ABŞ Hərbi-Dəniz Qüvvələrinin “Boudiç” adlı köməkçi gəmisindən buraxılmışdı və Filipin adasının Subik körfəzi yaxınlığında tapşırıq yerinə yetirirdi.

Çin beynəlxalq sularda ABŞ donanmasının pilotsuz təyyarəsini oğurlayır, onu sıradan çıxarır və Çinə aparır. Bu, görünməmiş aktdır”, – ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Twitter”də belə yazdı.

Lakin hər şey bununla bitmir. Çin maliyyə müharibəsində də israrla mövqeyini qoruyur. Amerikanın borc istiqrazlarından yaxa qurtarmağa davam edir. Yeri gəlmişkən, Trampın seçkiqabağı vədlərindən biri də Pekinlə iqtisadi mübarizəyə başlamaq və Çin mallarına yüksək gömrük haqqı qoymaq idi.

Proqnoz – 4

Böyük Britaniyanın baş naziri Devid Kemeron. Onun fotosu lap kənarda təsvir olunub. Baş nazir çaşqın baxışlarla baxır. Bu, onun getməsinə işarədir.

Fakt

2016-cı ildə “Brexit” baş verdi və gözlənilməz hadisə qarşsında qalan Kemeron çaşqın baxışlarla postundan uzaqlaşdı.

Proqnoz – 5

Fransa prezidenti Fransua Olland. O, fotoda bənövşəyi qalstuk taxıb. Bu, Fransa tarixində xüsusi rəngdir. Əsasən kədərli hadisələr zamanı insanlar bənövşəyi rəngli gül daşıyırlar. Fotonun şifrəsi Fransada xoşagəlməz hadisələrə işarə edir. İqtisadi problemlər Ollandın reytinqinə mənfi təsir göstərir. O, dünya liderlərinin arxasında dayanıb. Bu, Ollandın postundan gedəcəyinə işarədir.

Fakt

2016-cı ilin 1 dekabrında Olland rəsmən elan etdi ki, 2017-ci ildə keçiriləcək növbəti prezident seçkilərində namizəd olmayacaq. Radikal sağların lideri Marina Le Pen və sabiq baş nazir Fransua Fiyon reyintqdə Ollandı üstələyib.

Proqnoz – 6

Braziliya prezidenti Dilma Rusef. Fotosu arxa tərəfdə dərc olunmuş Rusefin üzü solğun rəngdədir. Bu, onu gözləyən çətinliklərə və üzləşəcəyi maneələrə işarədir.

Fakt

2016-cı ilin 31 avqustunda Dilma Rusef Braziliya Senatı tərəfindən impiçment edildi.

Proqnoz – 7

Suriya prezidenti Bəşər Əsəd. Onun karikaturası çəkilib. Karikaturada o, Qərbə inad edir.

Fakt

2016-cı il boyunca Əsəd Qərbin təzyiqinə tab gətirməyi bacardı.

Proqnoz – 8

Tayvan Demokratik İslahatçı Partiyasının lideri Tsay İnven. Tayvanda 2016-cı ilin yanvarında seçkilər gözlənilirdi. İvenin rəngli şəkildə dərc olunub. Bu, onu qələbəsinə işarədir. Bu xanım ABŞ-da və Londonda təhsil alıb. ABŞ və Yaponiya tərəfindən dəstəklənir. Onun qələbəsi NATO-nun Cənub Çin Dənizində Çinlə münasibətlərinin kəskinləşməsinə səbəb olacaqdı.

Fakt

2016-cı ilin 16 yanvarı: Tsay İnven seçkilərdə inandırıcı qələbə qazandı və Tayvanın ilk xanım prezidenti oldu. İlk nitqində ABŞ-la münasibətlərin möhkəmlənəcəyinə ümidini ifadə etdi. Cənub Çin Dənizində gəmiçiliyin azad prinsiplərinin tərəfdarı olduğunu açıqladı. Dekabrda Donald Trampın Tayvan prezidenti ilə telefon söhbəti Çində böyük narazılığa səbəb oldu.

Proqnoz – 9

ABŞ Federal Rezerv Sisteminin rəhbəri Canet Yellen. Onun fotosu kollajda öndədir. Bu ona işarə idi ki, 2016-cı il dünya iqtisadiyyatı ondan asılı olacaq. Canetin üz ifadəsi də çox şey deyirdi. Onun üzündə qorxmuş ifadə var idi. Bu o deməkdir ki, dolların faiz artımı investorların qorxusuna səbəb olacaq.

Fakt

Dekabrda FED dolların faizini artırdı, beləliklə, dünyadakı bütün valyutalar dollara nisbətdə ucuzlaşmağa başladı.

Proqnoz – 10

Fotokollajda avronun paraşütlə aşağı enməsi göstərilir. Bu dolların avro qarşısında möhkəmlənəcəyinə işarə idi.

Fakt

Hər şey belə oldu. Dollar möhkəmləndi və avroya minimum həddə qədər yaxınlaşdı.

Kollajda Roma Papası və Moskva Patriarxının fotoları anlaşılmaz idi. Lakin 2016-cı ildə onların görüşməsi bunu aydınlaşdırdı.

***

“Ekonomist” jurnalının şifrəli kollajında Trampın fotosunun olmaması diqqət çəkir. Əvəzində Hillarinin üzü aydın ifadə ilə göstərilib. Lakin jurnalın 2015-ci ildə Donald Trampa həsr etdiyi xüsusi yazısı nəzərdən qaçmır. Hələ bu yazı dərc olunanda hesab etmək olardı ki, Rotşildlər Amerikanı və dünyanı Trampa verəcəklər. Lakin 2016-cı ilin şifrəli kollajında Trampın fotosunun olmaması şübhələrə yol açdı. Kollajda Klintonun üzünün solğun verilməsi onun məğlubiyyətinə işarə ola bilər.

Jurnal əbəs yerə “Dünya-2017” nömrəsini “Trampın planeti” adlandırmadı.

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com