Diplomatın oğlundan polis rəisinə şikayət

aqshinAzərbaycanın BMT-də səfiri olmuş Aqşin Mehdiyevin oğlu tərəfindən aldadıldığını bildirən Bakı sakini Araz Yusifov Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq Ismayılova müraciət edib. Araz Yusifov müraciətində bildirir:

“Mən 23 avqust 2014-cü ildə Samir Mehdiyevə Binəqədi rayonu 11 saylı notariat kontorunda 7000 manat pul vermişəm. O mənə ABŞ-a 18 sentyabr 2014-cü il tarixinə viza düzəltməli və Mehdiyevlər ailəsinin yanına ABŞ-a yola salmalı idi. Samirin dediyinə görə, ABŞ-a vizanın qiyməti 7 min manatdır və onun atası Aqşin Mehdiyev Azərbaycanın oradakı səfiridir. Lakin sonradan bəlli oldu ki, bu şəxs fırıldaqçıdır. Belə ki, o, 18.09.2014-cü il tarixinin keçməsinə baxmayaraq mənə viza düzəltməyib və bugünədək pulumu qaytarmaqdan boyun qaçırır. Onun saxta sənədlərlə, yəni atasının səfir adından istifadə edərək vətəndaşları aldadıb külli miqdarda zərər vurduğu məlum oldu. Samirin mənim üçün hazırladığı saxta sənədlərin surətini də müraciətimə əlavə edirəm. Samir Mehdiyev pulumu geri qaytarmaqdan imtina edir, cüzi hissəsini qaytarmaqla özünün bu işdə vasitəçi olmağını deyərək boyun qaçırır. Xahiş edirəm həmin şəxsin mənə vurduğu maddi  və mənəvi zərərin ödənilməsində köməyinizi əsirgəməyisiniz.

Mən dövlət başçısı İlham Əliyevə müraciət edərək haqqımın tanınmasını xahiş etmişəm. Samir Mehdiyevin atasına görə  ədliyyə naziri, baş prokuror, Binəqədi Rayon Polis Idarəsi onu cinayətə cəlb etməkdən ehtiyat edir. Məsələ ədalətli həll olunmasa, xarici səfirliklərə üz tutmaq məcburiyyətində qalacağam. Lakin bu zaman mənim Samirin vəzifəli qohumları və yaxud hüquq-mühafizə orqanları tərəfindən əsassız təqib olunmağıma yol verilməməsini istəyirəm”.

azadliq.info

 

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com