Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

     

DİN Mirqafar Seyidov məsələsilə bağlı açıqlama verdi

Türkiyədə iş adamı Əli Həmidovun qətlində adı hallanan Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəisi Mirqafar Seyidovla bağlı Daxili İşlər Nazirliyindən rəsmi açıqlama gəlib.

Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov “Qafqazinfo”ya açıqlama verərək, Mirqafar Sadıqovun “Lotu Qoca” ləqəbli Əli Həmidovun sui-qəsd planında iştirak etməsi və Türkiyə otellərindən birində kriminal avtoritet Rövşən Canıyevlə görüşməsi ilə bağlı yayılan iddianı cəfəngiyyat adlandırıb: “Bu, tamamilə cəfəngiyyatdır. Cəfəng mülahizələrə isə şərh vermirik”.

Qeyd edək ki, belə bir xəbərin dünən “Haberturk” saytında yerləşdirildiyi və daha sonra saytdan çıxarıldığı deyilir. Belə ki, bu gün səhər saatlarında bir sıra mətbu orqanlarının e-mail adreslərinə həmin xəbərin print-screeni göndərilib.

XƏBƏR LENTİ

Copyright © 2014 Gunxeber.com