Daha iki nəfər dəm qazının qurbanı oldu

dem-qazi_161112

 

Bakıda dəm qazı ailə faciəsinə səbəb olub.

Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Bəhruz Nuroyev küçəsi 81 ünvanında yerləşən yataqxanada qeydə alınıb. Orada yaşayanlar – 23 yaşlı Cəfər Elşad oğlu Quliyev və xalası, 50 yaşlı Sevinc Allahverdi qızı Əliyeva dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com