Çevriliş cəhdi gecəsi Çavuşoğlunun ilk aradığı şəxslərdən biri Kəmaləddin Heydərov olub – Ankaradan ilginc zəng

kamal15FETÖ terror təşkilatının Türkiyədə 15 iyul çevriliş cəhdi zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun telefonla əlaqə saxladığı ilk şəxslərdən biri Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov olub.
PİA.AZ xəbər verir ki, bu barədə Türkiyənin dövlət informasiya agentliyi Anadolu Ajans (AA) məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, AA-ın müxbirinin diplomatik qaynaqlardan əldə etdiyi məlumata görə,  FETÖ terror təşkilatının müdhiş çevriliş cəhdi başladıqdan dərhal sonra 24 saat ərzində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 35 diplomatik şəxslə telefon əlaqəsi saxlayıb. Bir çox ölkələrin xarici işlər nazirləri ilə təmasa keçən Mövlud Çavuşoğlu onları baş verən hadisələrlə bağlı məlumatlandırıb. Çavuşoğlunun telefon əlaqəsi saxladığı xarici işlər nazirlərindən biri də azərbaycanlı həmkarı  Elmar Məmmədyarov olub.
Maraqlıdır ki, Mövlud Çavuşoğlunun əlaqə saxladığı 35 şəxsin arasında xarici işlər naziri olmayan yeganə şəxs  Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov olub. Qeyd edək ki, Türkiyənin xarici işlər nazirinin Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovu çevrilişə cəhdin ilk saatlarında araması da diqqət çəkir. Çavuşoğlunun Kəmaləddin Heydərovla nələri müzakirə etməsi ilə bağlı isə heç birməlumat yoxdur.
Xatırladaq ki, daha əvvəl , Mövlud Çavuşoğlu Türkiyə mətbuatına verdiyi açıqlamasında bildirmişdi ki, rus qırıcı təyyarəsinin vurulmasından sonra böhran səviyyəsində olan Türkiyə-Rusiya münasibətlərinin yenidən normallaşması və daha sağlam təməllər üzərində oturulması üçün Kəmaləddin Heydərov vasitəçilik edib. Qeyd edək ki, Çavuşoğlunun bu açıqlamsı Kəmaləddin Heydərovun xarici siyasətdə və beynəlxalq arenada ciddi bir fiqur kimi çıxış etdiyinin göstəricisi kimi qəbul olunmuşdu.

 

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com