MÜƏLLİF

Qadınların qəlbini fəth etməyən hakimiyyət…

  CNN televiziyası 4 yerə bölünmüş ekranla Amerikanın müxtəlif şəhərlərinda baş qaldıran antitramp aksiyalarından reportajlar verir Bütün seçki kampaniyası dövründə Klintonun zərbəçi qüvvəsi kimi arxalandığı zərif cinsin böyük ordusu paytaxt Vaşinqton daxil olmaqla, siyasi üsyanın ön cəbhəsinə çıxarılıb. Alovlu natiqlər dünyaya inqilab ixrac edən bir ölkənin tablosunu dəyişiblər.Adətən,ərəb... 

Lavrov-Kələntərova ismarıc: «Şondıqa, proydite v j..u!»

Mirzə AĞ Xəbər verildiyi kimi yanvarın 19-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və üzdəniraq «Ermənistan Respublikası»nın xarici işlər naziri (Fransalı Edvard – M.A.) Edvard Nalbandyan Moskvada görüş keçirərək, Dağlıq Qarabağ münaqişəsinin «nizamlanması» məsələlərini «müzakirə» ediblər. Mövcud rüsvayçı təcrübədən çıxış edərək, düşünürəm ki, görüş zamanı tərəflər... 

20 yanvar sualları

  “Rusun vaxtında heyf deyildimi”, “Kaş SSRİ dövrü olaydı” deyən azərbaycanlılar 20 yanvar qurbanlarını yad eləyib, süni göz yaşları axıdaraq evlərinə dağılışdısa, yaxın əyləşin, bir-iki suallar var, onları özümüz üçün aydınlaşdıraq. Daha doğrusu, buna növbəti cəhd edək. Nəticəsinin qabaqcadan bildiyimiz kimi, boşluq olacağına inansaq belə. “Qu quşu yuvası üzərindən uçarkən”... 

Polkovnikin əmri, Bakıya zəng, Nemətin 300 minlik qoşunu – Səbuhi Məmmədli yazır

- Mamedov, hazırlaş, təcili Naxçıvana gedirsən! Səhər tezdən Naxçıvana, xeyir ola? Amma əmr idi, əmri müzakirə olunmurdu sovet ordusunda, özü də KQB-nin (DTK) sərhəd qoşunlarında. Zastavanın həyətində UAZ məni gözləyirdi. Şahtaxtıdan Naxçıvana qədər olan təxminən 50 km yolu 3 nəfər getdik. Tanımadığım bir zabit, sürücü və mən. Yolboyu Naxçıvana, sərhəd dəstəsinin baş qərargahına niyə çağırıldığımı... 

ARAZ ƏLİZADƏ NEÇƏ DƏFƏ SÜNNƏT OLUNUB?

Etibar ƏLİYEV Əsası Hadı Rəcəbli tərəfindən qoyulmuş milləti aşağılama hərəkatının hər dəfə yeni nümayəndəsi ortaya çıxır. Xatırlayırsınızsa, Hadı Rəcəbli müəllimlərə dərsdən sonra fəhləlik etməyi təklif etdi. Onun bu fikrinə o qədər təpkilər oldu ki, bundan sonra kimsənin bənzər fikirlər işlətməyəcəyini düşündük. Lakin bir müddət keçdikdən sonra Hadı müəllimin həmkarı, yazıçı,... 

Azər Rəşidoğlu yazır:“Yaxşı ki, Lütfü Zadə Bakıda yaşamadı…”

Azər RƏŞİDOĞLU Yazmaq istəmirdim. Açığı, söz də bezdirir get-gedə. Saytların birində akademik Lütfü Zadənin xanımının vəfatı barədə oxudum. Beynimdən bir fikir keçdi – kim bilir, yad və qərib ölkədə yaşayan bir soydaşım bəlkə də təsəlliyə möhtacdır? Düşündüm ki, kaş, Lütfü Zadə Azərbaycanda yaşayaydı. Alimin nəzəriyyələri barədə fikirləşdim və sosial şəbəkədə bir status yazdım.... 

“Millətin rəsmiləri və qeyri-rəsmiləri qorxu içindədirsə, Qarabağ necə qayıda bilər?” -İlham İsmayıl

  Rusiya indiyə qədər rəsmi mövqeyini açıqlayanda “Biz Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağ konfliktini beynəlxalq hüquq çərçivəsində və sülh yolu ilə həllinin tərəfdarıyıq” deyirdi. Bu, mövcud durumu dəyişməmək, regionda təsirini qorumaq, kəsəsi, baş aldatmaq siyasəti idi. Ermənistan 2016-cı ilin aprelindən sonra Rusiyaya təzyiq siyasətini gücləndirdi,... 

“Gəlin işıq gələn tərəfə gedək, İŞİD gələn tərəfə yox!” – Zahid ORUC

Ötən əsrin ortalarında Misir dövləti Britaniya müstəmləkəçiliyindən azad olandan sonra da kral üsul-idarəsini qoruyub saxlayırdı. Qərb millətçilik, demokratik dövlət idealları ilə yeni paytaxtları ələ keçirəndə və milyonlarla insanın beynini işğal edəndə fironların vətənində sosialist inqilabına dərin hazırlıqlar görülürdü. Lakin nə qədər qəribə səslənsə də, mövcud idarəetməyə və cəmiyyətdə... 

Türkiyədə konstitusiya islahatları nəyə hədəflənib? –Təhlil

İrina Alksnis vz.ru, 13.01.2017 Türkiyəni prezident (daha dəqiqi, superprezident) respublikasına çevirəcək konstitusiya islahatı həlledici mərhələyə daxil olub. Bu, prezident Ərdoğanın şəxsi hakimiyyətini möhkəmləndirməkdən savayı bir sıra digər suallar verməyə vadar edir. Məsələn, ölkəni və bu qədər geniş səlahiyyətləri Ərdoğanın yeniosmançılıq imperiya iddialarına uyğunlaşdırmaqla bütün bölgəni... 

Sənə gəldim, qapını aç – Qənirə Paşayevanın yazısı

Hər şey öyləcə səssiz, Möhtəşəm, gözəl – Keçmiş əsrlərdən bəri… Bir əl toxunarsa sandıqlarına Oyanar Xorasan ərləri…   …Sənə gəldim, Mevlana!  Dost-doğma ruh, düşüncə yaşantılarımın şəkilləndirməsidi ustad Yavuz Bülent Bakilərin bu unudulmaz misraları. Eynən onun kimi deyir, düşünürəm: “Dərgahında kölgəmi görməyimin bəxtiyarlığını yaşamaq üçün gəldim…”,... 

“Buna bəy kopooğlu neynəsin?…”

Alqış HƏSƏNOĞLU Ermənilr Bakıya üz tutur. Ərazi bütövlüyümüzə “hörmət” edən növbəti erməni ailəsinin səfəri gerçəkləşə bilər. Təbii ki, bizim bilmədiyimiz mətləblər, əlimiz yetməyən qapalı təfərrüatlar ola bilir, heç şübhəsiz ki, var. Və yəqin ki, hökumətimiz də bu səfərlərdən öz gəlir-çıxarını hesablamamış deyil. Etiraz etməyin yeri yox. Buyursunlar. O qədər də xoş olmayan... 

“Bəlkə də atanın haqqına girirəm, amma…” – Millət vəkili Nuraydan yazdı..

  O videoya sona qədər baxmadım. Baxa bilmədim. Eşitdiyim qədər, mənim kimi çoxları da yarıda saxlayıb. Səbəbli şəkildə. Səbəb isə budur ki, məlum mənzərəni böyük əksəriyyət tamaşaçı deyil, məhz valideyn gözü ilə, Nurayın yerinə öz balasını qoyaraq izləyib. Ona görə təpki, hirs, qınaq bu həddədir. Sosial şəbəkələr asıb-kəsir, arqument xırdalayır, az qala məhkəmə funksiyasını icra... 

Polkovnikin xilası, şəhidin son arzusu, “komandiri öldürün” əmri… – XATİRƏ

19 yaşındaykən atasının komandirlik etdiyi batalyonun döyüş əməliyyatında iştirak edən zaman şəhid olan Sənan Rüstəmovun bu gün 44-cü doğum günüdür. Rəşadətli döyüş yolu keçmiş igid əsgər haqqında onun səngər yoldaşı Rey Kərimoğlunun Lent.az saytında dərc olunan yazısını təqdim edirik. *** Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə... 

Mərkəzi Bankın manata mesajları…

Rövşən AĞAYEV Mərkəzi Bankın 2017-ci ilin pul siyasətinin istiqamətləri ilə bağlı bəyanatında verilən mesajlarda manatın gələcək taleyinə münasibətdə hökumətin davranışları aşkar yazılıb. Bank qeyd edir ki, üzən məzənnə rejiminə tam keçid istiqamətində addımlar davam etdiriləcək. Azərbaycan iqtisadiyyatının problemlərini, mövcud sturkturunu, həmçinin tədiyyə balansının bütün mövqeləri üzrə... 

Cübbəli Hocanın qisası – İLHAM İSMAYIL YAZIR

  İstanbulda Yeni il gecəsi əyləncə mərkəzində baş verən terrorun məsuliyyətini hansı terror təşkilatı üzərinə götürdü? Heç biri. Heç olmayacaq da. Bu terrorun məsuliyyəti Türkiyə siyasətinin zehniyyətinin üzərinə düşür. Şəriət qaydalarını üstün tutan zehniyyət on illərdir ki, formalaşmış, Türkiyənin həyat tərzinə çevrilmiş dünyəviliklə qarşı qarşıyadır. İŞİD-in, PKK-nın, PYD-nin... 

Xoruz sevdiyi toyuğu qorumaq üçün özünü qəlpə qabağına atmışdı-Vahid QAZİ

  Vahid QAZİ Axsaq xoruzun hekayəti Ağdamda milis şöbəsiylə çəpər qonşusuyduq. Şəhərə ilk atılan mərmilərin biri həyətimizə düşmüşdü. Deyirdilər ki, ermənilər milis idarəsini nişan alıblarmış. Onda hamımız Bakıda toydaydıq. 1992-ci ilin fevral ayı idi. Qayıdanda gördük ki, qonşu Səkinə xalagillə aramızdakı şifer barı dağılıb, şüşəbəndimizin şüşələri çiliklənib tökülüb. Alazan... 

Prezident Putinin 17-cı yeni ili, separatizm terminatoru, “qalib Rusiya”nın ucuz spirtdən qırılanları

  Xalid KAZIMLI Bu gün Vladimir Putinin dövlət başına gəlməsinin 17-cı ili tamam olur. O, 1999-cu ilin sonuncu günündən başlayaraq Rusiya dövlətinin başındadır. 1999-cu ilin bu günü Rusiya prezidenti Boris Yeltsin öz vəzifəsindən getdiyini bildirdi və varisinin adını çəkdi – Vladimir Putin. Buna qədər Yeltsin ən azı üç siyasətçini öz varisi olaraq ağır-yüngül etmiş, onları sınaqdan keçirmişdi. Bu... 

Böyük Partlayışın dalğaları

  2016-cı ilin bitməsi münasibətiylə internetdə rastıma çıxan iki zarafatı burda bölüşmək istərdim. Məncə vəziyyəti dəqiq qiymətləndiriblər. Birində yazmışdılar ki, 1916-cı il bitirdi, ruslar evlərində oturub fikirləşirdilər gələn il daha yaxşı olacaqdır. İkinci yumor isə daha beynəlmiləl və incəsənət xarakterli idi: “2016-cı ilin ssenarisini Kventin Tarantino yazmışdır”. Doğrudan da, son... 

“BÖHRANDAN ÇIXIŞ ŞANSI İTİRİLDİ” – Qubad İbadoğlu

Bu ilin aciz siyasəti, riskli qərarı, iri maliyyə fırıldağı, böyük yalanı, səmimi etirafı, əziz qonağı … İqtisadçı-ekspert Qubad İbadoğlu yola saldığımız ilin iqtisadi yekunlarını dəyərləndirərkən belə deyib. Yazının tam mətnini təqdim edirik: “Yola saldığımız 2016-ci ilin ən böyük özəlliyi son illər önə çıxmış və sürətlə baş verən müxtəlif iqtisadi hadisə və prosesləri daha da... 

ASAN-köşə

  Dünən uca millətimizə iki göz aydınlığı verildi. Birində dedilər ki, işıq, qaz, su kimi şeylərin pulunu ödəmək üçün “ASAN-kommunal” mərkəzi açmışıq. İkincisi isə “ASAN qatar” xidmətinin yaradılması idi. Sən demə, bu qatar rayonlara gedəcək, orda zəhmətkeşlərimizə pasport-zad verəcəkdir. Doğrusu, biz böhranla üzbəüzük və istəyirik hökumət nəsə tədbirlər görsün. Ancaq bunlar... 

Sonuncu klassik imperiyanın çabaları…

  Rusiyanın Suriyaya uçan təyyarəsinin Qara dəniz üzərində qəzaya uğramasının səbəbləri hələ araşdırılmalıdır. “Konspiroloji nəzəriyyələr”i sevmədiyimizdən hər hansı mülahizə səsləndirmək və ən əsası da həmin mülahizələrimizi oxuculara zorən sırımaq istəmirik… Sözsüz ki, səfir A.Karlovun ölümündən, eləcə də Suriya məsələsində İranın, Rusiyanın və Türkiyənin bir araya... 

Avropanın imtina etdiyi Rusiya – təhqir olunmuş ruslar…

1991-ci ildə, Sovet İttifaqı dağılanda hamı yeni yaradılmış Rusiyanın Avropaya dönəcəyinə, Rusiyada bazar iqtisadiyyatının, Qərbdəki kimi siyasi azadlıqların bərqərar olacağına inanır, xalq isə bol supermarketlərin açılacağını, İsveç və Almaniya kimi ölkələrdə siyasi sabitliyin hökm sürəcəyini gözləyirdi. Axar.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların “Forin Affers” dərgisi yazıb. Jurnal... 

Sizə yeni din təklif edirəm…

Vaxtınızı almadan keçirəm yazının məqsədinə. Quranı oxumuşam, sünniliyin 3 etiqadi, 4 fiqhi məzhəbi var ki - əşariyyə, sələfiyyə, maturdiyyə etiqadi; hənəfi, maliki, şafii, hənbəli isə fiqhi məzhəblərdi – bunları dərindən bilirəm, şiəliyin də etiqadi və fiqhi təlimləri barədə məlumatım var. Dörd səmavi kitab, səhifələr haqqında bilgilərim bütün dini qollardan uzaqlaşmağıma səbəb oldu. Buddizmdə... 

Bilmirəm, onları harda görüşdürüm - Ölümə yazılan təbriklər…

Kəramət Böyükçöl Yadıma gəlir, bir xanım dostumla feysbukda belə bir söhbətimiz olmuşdu: – Kəramət, səni toyuma çağırıram, hazırlaş. )) – Doğurdan? Yazıq səni alanın gününə. ))) – Niyə elə deyirsən e? Pisss! Adamı pərt eləyirsən. Küsdüm. Onsuz da pis gündəyəm də, sən də lap üstünə qoyursan e. ((( – Yooo, yoo, küsmə, mənim şirin dostum! Yəni ona görə yazıq dedim ki, sənin kimi gözəl... 

İSGƏNDƏR HƏMİDOVUN GÖZYAŞLARI

Əvəz Zeynallı Zamanın qürdətli kişilərini ağladan ölüm… Rəna xanımın əziz xatirəsinə ithaf edirəm İndi zaman çox dəyişib. Ya da biz fərqli zamanlar görürük. Hər gün gördüyümüz, söhbətlərini eşitdiyimiz bu adamlar bir gün hakimiyyətin və Millətin Böyük Hərəkatının ön səflərində dayanmışdılar. O zaman da onlar əlçatmaz idilər. O zaman da onlar aylarla, illərlə yaxın, çox yaxın adamları... 

Dünənki kimi

  Təzə bir deputat ağzını boş qoyub milləti söyübdür, millət isə çox qəzəblənibdir. Nəticə nə olacaq? Dünənki kimi – bir anekdotda deyilən kimi. Həmin anekdotda dovşan minirdi avtobusa, qışqırırdı içəridəkilərin üstünə: “Mənə yer verin, yoxsa dünənki kimi olacaq!”. Bu zaman bir canavar dözmür, dovşanı vurur. Heyvanların qalanları maraqla soruşurlar ki, dünən necə olmuşdu. Dovşan deyir:... 

Bu tərəfdə komfort, o tərəfdə el töhməti..

  Cəm şəkildə ayağa qalxaraq haqq-ədalət (bəzən də çörək, işıq, su, qaz) tələb edənlərin “narkoman”, “alkaş”, “başıpozuq”, “tör-töküntü” adlandırılması ilk dəfə deyil. Biz elə damğalamaları, köpüklənən ağızlardan sıçrayan nifrət seliyini çox görmüşük. Ən yeni tariximizdə bu cür damğaya Kamran Bağırovun dönəmində rast gəldik. Ermənilər ellikcə ayağa qalxıb Qarabağı... 

Azyaşlıların dəhşətli intihar statistikası

  Yeniyetməlik insan həyatındakı ən həssas dönəmlərdən biridir, burda əsas yük valideynə və məktəbə düşür… “Yeniyetmənin bir saat öncəki əhvalı ilə bir saat sonrakı əhvalı bir-birinə uyğun gəlmir. Sıradan bir söz, tənqid, zarafat onu haldan-hala sala bilər. Mən sinifdəki bütün uşaqları gün ərzində izləyirəm. Onların bir-biriləri ilə münasibətini görürəm və müşahidə etdiyim hər... 

Ruhaninin Yerevan səfəri: hanı din qardaşlığı?! – ŞƏRH

İranın Ermənistanı getdikcə daha çox dəstəkləməsi ilə bağlı yazını, təsadüfə inanmayanlar üçün bir statistik məlumat ilə başlamaq istərdik: 2011-ci il dekabrın 23-də İran İslam Respublikasının o vaxtkı prezidenti Mahmud Əhmədinejat Ermənistana səfər edib. O, Yerevanda olanda və ondan əvvəl də Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanı “dost, qardaş dövlət” adlandırıb... 

Geniş problemlərin dövləti

  Bu yaxında bir yazımda SSRİ əleyhinə iki-üç cümlə yazmışdım, bundan sonra kağızda yazılmış, klassik formalı məktub aldım Bakıda yaşayan bir idiot həmin yazımı qəzetdən kamali-ədəblə kəsib, üstünə də nəsə cızmaqara eləyib göndərmişdi. Düzü, tam dəqiqliklə oxuya bilmədim – onun cızmaqarası mənim yazımın hərflərinə qarışmışdı. Ancaq bir-iki yerdən təxminən başa düşdüm ki,... 

“Tam üzən məzənnəyə keçid maliyyə sistemini çalxalaya bilər” –İqtisadçıdan şərh

Samir ƏLİYEV, İqtisadçı Bir il əvvəlin bu günü – dekabrın 21-də ölkə ikinci devalvasiya şokunu yaşadı. Manat dollara münasibətdə dəyərini 48% itirdi. Mərkəzi Bank həmin gün ABŞ dollarının manata olan rəsmi məzənnəsini 1.05-dən 1.55 manata qədər artırdı. Bu ilin mayında manat müəyyən qədər revanş götürərək 3,9% möhkəmlənə bildi. Həmin ərəfədə Mərkəzi Bankın dəstəyi ilə milli valyutamızın... 

FED-in “qripi” dünyanı necə xəstələndirəcək? –Məhəmməd Talıblıdan təhlil

Məhəmməd TALIBLI FED-ın mahiyyəti və hədəfi Federal Rezerv Fondu çox zaman “sistem” məzmunu daşıdığından FES kimi də ifadə olunur. ABŞ-ın bank sütunu olan FED öz ölkəsindəki özəl banklarına satdığı dolların uçot dərəcəsini müəyyənləşdirir. Beləliklə minlərlə (üç min) kommersiya bankı üçün satdığı dollar həddini dəyişməklə iqtisadi proseslərə yön verir. FED-in bu addımı məzmun baxımından... 

Problemin beləsi – sol əllə hərbi salam vermək.

  Bizim tamaşaçılar çox diqqətlidir: gözlərindən bir epizod, qulaqlarından bir replika yayınmır, anındaca tuturlar. Həmin saat, ya da ertəsi gün ictimai müzakirələr başlayır. Axırıncı dəfə belə bir haqq-hesab Fəxri Xiyabanda sol əliylə hərbi salam verən prokurorluq işçisi ilə bağlıdır. Təkrar-təkrar yayımlanan videokadrlardan da görünür ki, prokuror gerçəkdən də hərbi salamı sol əli ilə verir. Budur,... 

Bu ağrının bitməsi ən böyük arzumuzdur…

  Ermənistan Rusiya və Qərbin dəstəyi ilə torpaqlarımızı işğal edəndə biz də belə demişdik… Hələbdə də baş verən faciəylə bağlı bəzi yoldaşlar haqlı olaraq “Haradadır Müsəlman dünyası” – deyə müraciət edirlər. Ermənistan Rusiya və Qərbin dəstəyi ilə Azərbaycan torpaqlarını işğal edəndə, Xocalı soyqırımını törədəndə, 1 milyon Azərbaycan Türkünü qaçqın salanda... 

İnkişafdan törəyənlər – Zamin HACI

Dostlardan biri iqtidar qəzetindən xəbərin fotosunu poçtuma atmışdı. Başlıq belə idi: “Bu il Azərbaycanda əhali 100 min nəfər artıb”. Alt başlıqda isə yazılmışdı ki, əhalinin təbii yolla artımı inkişafın bir təzahürüdür.  Əslində təzə “arqument” deyil, yapistlər dəfələrlə, ən ali səviyyələrdə bunu təkrarlayıblar. Düzü, əhalimizin qeyri-təbii yolla artımına necə nail olmaq mümkündür,... 

Hansı erməniyə nifrət edək?

  Fazil Qəzənfəroğlu, Milli Məclisin üzvü Bu mövzuda ayrıca sorğu keçirməyə də gərək yoxdur. Cinahlarda duran insanlar bəllidir. Gözlənildiyi kimi, səmimi vətənpərvər insanlar üçün də, Vətənşivənlik ştatının işçiləri üçün də “ilanın ağına da, qarasına da lənət” deyimi ilə müzakirə mövzusu tam qapanmışdır. Əslində istər vətənpərvərlik, istər də vətənşivənlik cinahından... 

Azərbaycanda həyata keçirilən mövcud məzənnə siyasəti nədir? –Vüqar Bayramovdan şərh

Vüqar BAYRAMOV Mərkəz Bank ötən ilin dekabrın 21-də tənzimlənən (pegged exchange rate) məzənnə siyasətindən tənzimlənən üzən məzənnə siyasətinə (managed or dirty floating regime) qədəm qoyduğunu elan edib. Bundan sonra manatın ikinci devalvasiyası baş verib.  Amma bu manatın bazar dəyərinin tapılmasına imkan vermədi. İndi manatın məzənnəsi hərracda müəyyənləşdirilsə də belə hələ də Mərkəzi... 

Heydər Əliyevin istefadan əvvəl Siyasi Bürodakı ÇIXIŞI:“Ölkədə müqavimət artmaq üzrədir” –TARİX

Bu gün mərhum prezident Heydər Əliyevin vəfatının 13-cü ildönümüdür. Ölkənin siyasi tarixinin böyük bir perioduna rəhbərlik etmiş H. Əliyev SSRİ zamanında da yüksək karyera qura bilmiş nadir müsəlman siyasətçilərindən hesab olunur.   Mərhum Heydər Əliyevin SSRİ-də yüksək dövlət postuna təyin olunması SSRİ tarixində azərbaycanlı bir şəxsin bu səviyyədə dövlət idarəçiliyində iştirakı haqqında... 

Bob Dilanın Nobel nitqi

  Bob Dilanın Nobel nitqi Xəbər verdiyimiz kimi, bu il ədəbiyyat üzrə Nobel mükafatı müğənni və şair Bob Dilana verilib. Qalibin ənənəvi Nobel nitqi isə bir neçə günm əvvəl mükafatın banketi zamanı səsləndirilib. B.Dilanın nitqini Amerika Birləşmiş Ştatlarının İsveçdəki səfiri Azita Raci oxuyub. PİA.AZ kulis.az-a istinadən həmin Nobel nitqini Svetlana Turanın tərcüməsində təqdim edir: “Axşamınız... 

TÜRKİYEM – Qənirə Paşayeva

  İstanbulda terör saldırısında şehit olan kardeşlerimize Allahtan rahmet, yaralılarımıza acil şifalar diliyoruz. Düşmanlara karşı mücadilede her zaman Azerbaycan olarak kardeş Türkiyenin yanındayız. Seni niçin bu kadar sevdiğimi soruyorlar, Uzak diyarlardan gelen kızına: – Bu sevginin kaynağı ne? – Neden? – Kimsin sen? – Sen nere, bu topraklar nere? “Aşkın sebebi sorulmaz”, Diyorum yüz bin kere… Çünkü... 

Türkiyəyə qarşı xain proje

  Bu gün faktiki olaraq elan olunmamış Üçüncü Dünya Mübaribəsi gedir. Çox təəssüf ki, birinci müharibədə olduğu kimi, bu dəfə də Türkiyə qeyri-ixtiyari olaraq savaşa qatılmağa vadar edilib. Nəticə ortada. İstanbulun ürəyində törədilən qanlı terrorun məhz bu ərəfədə həyata keçirilməsi müəyyən ehtimallara yol açır. Hadisədən bir neçə saat əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan... 

“Kar Yağıyor” -Nazim Hikmət

  Kulis.az Nazim Hikmətin “Kar Yağıyor” şeirini təqdim edir Lambayı yakma, bırak, sarı bir insan başı düşmesin pencereden kara. Kar yağıyor karanlıklara. Kar yağıyor ve ben hatırlıyorum. Kar… Üflenen bir mum gibi söndü koskocaman ışıklar… Ve şehir kör bir insan gibi kaldı altında yağan karın. Lambayı yakma, bırak! Kalbe bir bıçak gibi giren hatıraların dilsiz olduklarını anlıyorum. Kar... 

Elçin Şıxlinski yazır:”Bakı necə ikiyə bölünəcək?”

Elçin Şıxlinski “Ayna-Zerkalo” qəzetinin baş redaktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti Son zamanlar atalar sözlərimizdən zəhləm getməyə başlayıb. Məsələn, “palaza bürün, elnən sürün”. Bəlkə də vaxtilə deyiləndə müsbət mənada və kimisə məzəmmət edərək düz yola qaytarmaq üçün deyilib. Amma zaman keçdikcə, ictimai fikirdə transformasiyaya uğrayıb və müsbət tərəfi silinərək... 

Adamlar və qazlar

  Avropa Birliyi Gürcüstan və Ukrayna camaatının Avropa ərazisinə, Şengen zonasına vizasız girməsi yönündə danışıqları bərpa edib. Hazırda gürcüstanlıların və ukraynalıların ən azı gediş-gəliş baxımından tam avropalı olmasına çox az qaldı. Biz azərbaycanlılar buna paxıllıq etməliyikmi? Qətiyyən. Qoy onların Avropası olsun, bizim də analoqu olmayan hökumətimiz vardır. Düzdür, Avropaya can atmaqları... 

Dollardan imtina nə qədər realdır? –Fikrət Yusifovdan şərh

Fikrət YUSİFOV, Professor Artıq illərdir ayrı-ayrı ölkələrin rəhbərləri tərəfindən beynəlxalq hesablaşmalarda ABŞ dollarından imtina etmək barədə çağırışlar edilir.  Lakin hələ ki, bu asılılıqdan qurtulmaq heç bir ölkəyə nəsib olmayıb.  Bu günlərdə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da belə bir bəyanatla çıxış etdi. Hətta iş o yerə gəlib çatdı ki, Ərdoğanın çağırışına... 

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com