“Barselona” və “Real” 2 xal itirdi

1480785824_xvcdxvf

 

Dekabrın 3-də bütün dünyanın futbol azarkeşlərinin diqqəti İspaniyanın Barselona şəhərinə yönəlmişdi.

Modern.az-ın məlumatına görə, İspaniya La Liqasının 14-cü turunda “Barselona” “Nou Kamp”da “Real”ı qəbul edib. Oyunun 5-cü dəqiqəsində Suares “Barselona”nı hesabda irəli çıxarıb – 1:0. 90-cı dəqiqədə Ramos bərabərlik qolunu vurub – 1:1.
Oyun 1:1 hesabı ilə başa çatıb.

Bu, komandalar arasında keçirilən sayca 265-ci ”El Klassiko” olub. Nəticədə komandalar arasında 33-cü heç-heçə qeydə alınıb.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 34 xalla “Real” başçılıq edir. “Barsa” isə 28 xalla ikincidir.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com