Bu ağrının bitməsi ən böyük arzumuzdur…

9715

 

Ermənistan Rusiya və Qərbin dəstəyi ilə torpaqlarımızı işğal edəndə biz də belə demişdik…

Hələbdə də baş verən faciəylə bağlı bəzi yoldaşlar haqlı olaraq “Haradadır Müsəlman dünyası” – deyə müraciət edirlər. Ermənistan Rusiya və Qərbin dəstəyi ilə Azərbaycan torpaqlarını işğal edəndə, Xocalı soyqırımını törədəndə, 1 milyon Azərbaycan Türkünü qaçqın salanda eyni ağrıyla biz də belə demişdik. Haradadır Müsəlman dünyası? O çağırışımıza səs verən olmamışdı. Çox az, 2-3 müsəlman ölkəsinin ciddi dəstəyini hiss edə bildik. Hətta bəzi müsəlman ölkələri də var idi ki, Ermənistanla işbirliyini daha da güclendirmişdi. İndi də bəziləri Ermənistanla işbirliyinə davam edir. Hətta bundan sonra utanmadan müsəlman həmrəyliyindən da danışırlar.

Əziz dostlar, Qərbin, Rusiyanın yaşanılan faciələrdə çox təqsiri, günahı var. Hətta Starasburqda AKPM-da çıxış edərək bunları Qərbdə öz üzlərinə deyən insanam. Suriyadakı Türkmən qardaşlarımızla həftədə 2-3 dəfə danışırıq. Vəziyyəti bilirəm, amma inanın ki, bu ağır faciənin baş verməsində müsəlman dünyasının özündən qaynaqlanan problemlər də az deyil. Artıq Müsəlman dünyası özünü ciddi şəkildə mühakimə etməli, bəzi şeylərə baxışını dəyişməli, məsələlərə məzhəb kimi faktorlardan münasibətlərin nə qədər doğru olmadığının fərqində olmalıdır. Məzhəb gərginliyini artırmaq Qərbin Müsəlman dünyasını daha da zəiflətmək layihəsidir. O zaman niyə buna niyə icazə verilir ki, bir çox müsəlmanlar bunu düşünməlidir.

Hələbdən paylaşılan fotolar, videolar, günahsız uşaqların ağrısı insanın canını yandırır. Bu ağrının bitməsi ən böyük arzumuzdur. Hələb bir Osmanlı yadigarı şəhərdir. Bir neçə dəfə orada olmuşdum. Belə vəziyyəti çox ağrı verir. Allah yardımçıları olsun.
Qənirə Paşayeva,
Millət vəkili

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com