“Bozbash Pictures”in Tərtərdə çəkdiyi bu VİDEONU ermənilər paylaşdı – DÜNYADA REKORD QIRAN VİDEO

28_11483960682

 

“Bozbash Pictures” üzvlərinin toyda çəkdikləri video hər kəs tərəfindən maraqla qarşılanıb. 

BiG.AZ xəbər verir ki, komanda üzvlərinin toyda yemək yeyərkən onları çəkən kameranı görən zaman verdikləri reaksiya gülüşə səbəb olub. Real vəziyyəti əks etdirən “Bozbash Pictures” -in aktyoru, eyni zamanda tanınmış aparıcı İlkin Həsəni bu video barədə açıqlama verib:

“Deməli dostumuz Rəşadın bu yaxınlarda TərTərdə toyu oldu, toyda özümüz üçün çəkdiyimiz video parodiyanı bu gün Türkiyə, Əfqanıstan, İsrail, Almaniya, Fransa və hətta Ermənistan sosial mediyası paylaşır. Dedim xalqımız üçün çox vacib olan bu məlumatı sizinlə də paylaşım! “.

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com