Birinci Pyotrun qadınları — İmperatorun çirkin məşuqələri

xpyotr-jpg-pagespeed-ic-k_zmyrf0kn

Birinci Pyotrun Rusiya imperiyası üçün xidmətləri əvəzsizdir. Dənizlərə çıxış, donanmanın qurulması və inkişafı, təhsilə ayrılan diqqət və daha nələr. Bunlar Pyotrun rus xalqı qarşısında xidmətləridir. Bu gün ruslar yeni il bayramını da Pyotrun sayəsində qeyd edirlər. Çünki 15-ci əsrə qədər ruslar yeni ili mart ayında, sonradan isə sentyabr ayında qeyd edirdilər. Amma Pyotrun 1699-cu ildə sərəncam verərək yeni ili 1 yanvar tarixindən qeyd etməyi əmr edib.

Görəsən, Çarın sevgililəri kimlər idi?

Ölkə.Az bu gün Birinci Pyotrun məşuqələri barədə məlumat verəcək.

Sevgi məsələsində Pyotrun bəxti gətirmirdi. Sevdiyi qadın başqasına ərə getmişdi. İlk arvadı onu başa düşmür və 20 illik tanışlıqdan sonra Çara xəyanət etdi.

Sənədlərə əsasən, Pyotr sadiq kişi deyildi. Onun məşuqələri arasında yaxınlarının arvadları və xaricilər, hətta çirkin qadınlar da var idi. Məsələn, Yelena Mayorovanın “Böyük Pyotrun şəxsi həyatı” kitabında Pyotrun bacısının rəfiqələri Varvara və Darya barədə məlumat verilir. Varvara yaraşıqlı deyildi və belində donqarı var idi.

Anna Mons

Pyotrun yeniyetməlik dövründə aşiq olduğu qızdır. O, şərabçı İohan Monsun qızı ilə alman kəndinə növbəti səfəri zamanı tanış olur. Bəzi mənbələrə görə, İohan şərabçı yox, zərgər olub. Onların ilk görüşü 1690-cı ilə təsadüf edir. Bu dövrdə Çar artıq bir il idi ki, evli idi. Amma bu ona gözəl alman qızı ilə eşq macərası yaşamağa mane olmurdu.

18 yaşlı Anna məqsədinə doğru irəliləyirdi. Nəticədə qız Kukuy çariçası ünvanını aldı. Alman kəndinə o dövrdə Kukuy deyirdilər. Annaya çar böyük torpaq sahəsi hədiyyə etdi. Amma alman qızı çar arvadı ola bilməzdi. Çünki Pyotrun anası Natalya Narışkina buna icazə verməzdi və oğlu onun sözünə qulaq asırdı.

Cütlüyün münasibəti on il davam edir. Çarın arvadı məsələdən xəbərdar olsa da, heçnə edə bilmirdi. Pyotr Anna Monsla münasibətini xəyanət səbəbindən bitirdi. 1703-cü ildə Neva çayında Saksoniya səfiri Keniqsek boğulub ölür. Onun əşyaları arasında Anna Monsun rəsmi tapılır. Bundan başqa, Annanın səfirə yazdığı məktublar da var idi. Pyotr bundan xəbər tutaraq əsəbləşir və qızı ev həbsinə məhkum edir.

Hökmdar ilk sevgisinə qarşı nifrətini ömrü boyu içində saxlayır. Şahidlərin fikrinə əsasən, Georq İoann fon Keyzerlinq qız üçün elçi gələndə Pyotr və Menşikov onu pilləkənlərdən çölə atırlar. Bununla belə, 1711-ci ildə Keyzerlinq və Annanın toyu olur. Toydan il yarım sonra Annanın əri Berlinə qayıdanda yolda vəfat edir. 3 il sonra da Anna gözlərini əbədi olaraq yumur.

Yevdokiya Lopuxina

İmperatorun birinci qanuni arvadı olsa da, sevimlisi deyildi. Qısacası, Yevdokiya da imperatoru sevmirdi. Pyotr 9 illik nikahdan sonra 1698-ci ildə arvadını monastra yerləşdirdi. Yevdokiya Suzdalda rahibə oldu.

Qeyd etmək lazımdır ki, imperatriçə özünü çox sərbəst aparırdı. Bir müddət sonra rahibə paltarı şkafa atıldı. Yevdokiyanı ziyarət etmək üçün tez-tez zadəganlar gəlir və imperatriçə axşamlar qoca Dosifeylə söhbət edirdi. Bir dəfə Solyankada onların qonşusu olmuş Stepan Qlebov çarın birinci arvadıgilə qonaq gedir. Bəzi sənədlərə əsasən, əgər çariça Natalya Yevdokiyanı rus taxtına layiq görməsəydi, qız ərə getdikdən sonra Romanova yox, Qlebova familiyasını daşıyardı. Rahibə və ailəli zabit arasında eşq macərası başlayır. Tezliklə Stepan soyuq münasibət göstərməyə başladı.

Bununla belə, eşq macərası olub. Yevdokiyanın yazdığı məktublar isə Preobrajensk polkunun kapitanı Qriqoriy Sorknyakova çatırdı. Pyotr oğlu Aleksey qaçdığı üçün Qriqorini bu işlə məşğul olmağa təhkim etmişdi. Monarx vəliəhdin köhnə adətlərə qayıtma sxemini təkbaşına düşündüyünə və sonradan sərhəddi keçərək gizlənməsinə inanmırdı. Pyotr keçmiş arvadını məsələdə günahlandırırdı. Yevdokiya oğlunun hər cürə təhsil almasına mane olmuşdu.

Nəticədə, Yevdokiyanı şallaqla cəzalandırdılar və Ladoqaya, Uspenski monastrına göndərdilər. Burada şərtlər daha ağır idi. Yevdokiya ölümündən bir müddət əvvəl sürgündən qayıda bildi.

Qlebovu da şallaqla cəzalandırdılar. Bu üsul ilə Rusiyada heç qatilləri cəzalandırmırdılar. Əgər sağlam bir kişi 15 şallaq cəzasına dözə bilmirdisə də, Lopuxinə 34 şallaq vurdular. Bundan sonra Qlebovun açıq yaralarına kömür basdılar. Sonra isə onu mismarlı taxtaya bağlayıb 3 sutka saxladılar. Keçmiş hərbçini də paza otuzduraraq edam etdilər. Sənədlərə əsasən, o, 16 saat ərzində can verib.

Marta Skavronskaya

Yekaterina Alekseyevna. İlk imperatriçə 1-ci Yekaterinadır. Paltaryuyan Yekaterinanı Pyotr ilk dəfə 1705-ci ildə görüb. Bu vaxta qədər Marta feldmarşal Boris Şeremetevin və Aleksandr Menşikovun məşuqəsi olub.

Marta Pyotrla birlikdə hərbi səfərlərə, Türkiyə ilə müqavilə imzalamağa və istirahətə gedib. Hətta səfərlərin birində Marta hamiləliyinin son aylarında olub. Yekaterina bir çox uşaq dünyaya gətirsə də, körpələr kiçik yaşlarda dünyalarını dəyişiblər. Təkcə Yelizaveta və Anna 18 yaşını tamamlamışdı.

Amma ideal arvad sayılan Marta sadiqliyi ilə seçilmirdi. Onun məşuqu Anna Monsun doğma qardaşı Villiam idi. Çariça Villiamdan 4 yaş böyük idi. 20 yaşında hərbi xidmətə başlayan gənc artıq Poltava ətrafında Lesna döyüşlərində iştirak da etmişdi. Zaman keçdikcə hökmdarın etibarlı adamına çevrilirdi. O, o qədər etibar qazanmışdı ki, Moskvadakı evləri, bölgələrdəki kəndləri, qızıl heykəl və atlı süvari dəstəsini heç kəs “görmürdü”. Hətta Menşikov da ondan məsləhət almağa gəlirdi.

Çariçanın Monsla eşq macərası qəflətən üzə çıxdı. Villiamın yaxınlarından biri, ya İvan Balakirev, ya da Yeqor Stoletov öz tanışına “təhlükəli məktublar” barədə məlumat verdi.

1724-cü ilin noyabrında Pyotrun lakeyinə bu barədə məlumat verdilər. Bundan sonra Balakirevi döyərək 3 illik katorqaya yola saldılar. Stoletovu şallaqladıqdan sonra 10 il katorqa cəzasına məhkum etdilər. Sevgi macərası barədə xəbəri olan Matren Balk Sibirə yola salındı. Mons isə hadisəyə görə başı ilə cavab verdi. Rəsmi olaraq Monsu xəzinədən pul oğurlamasına görə edam etdilər.

Monsla şəxsən vidalaşmaq üçün gələn Pyotr dedi: “Sənin üçün təəssüf hissi keçirirəm. Çox təəssüflər olsun, amma heç nə edə bilmərəm. Səni edam etmək lazımdır”.

Mariya Kantemir

Pyotrun sonuncu ehtiraslı məhəbbətidir. Mariya Çarı ilk dəfə 1711-ci ildə görüb. Mariya imperatorun məşuqələrindən fərqli olaraq incə, zərif, gözəl təhsilli, dəqiq elmlərə həvəsli qadın idi. Nə Mariya, nə də anası assambleyalara müntəzəm olaraq getməyi xoşlamırdılar. Bu səbəbdən qadınlar xəstə olduqlarını bildirirdilər. Pyotr isə həkimlər şurasını toplayırdı və əslində qadınların xəstə olmadığı üzə çıxırdı. Nəticədə qadınlar bütün tədbirlərdə iştirak edir, xəstəlik bəhanəsi işə keçmirdi.

1721-ci ildə Mariyanın 21 yaşı olanda Çarla arasında məhəbbət macərası başladı. Tezliklə Pyotr iki qadınla cəmiyyət arasında görünməyə başladı. 1722-ci ildə Pyotr İran kampaniyasına başladı. Rus ordusu və donanması cənubi-şərqi Qafqaza və Dağıstana üz tutdu. Bu ərazilər o dövrdə İrandakı Azərbaycan sülaləsinin hakimiyyəti altında idi. Pyotru Yekaterina və Mariya müşayiət edirdi. Kantemir Astraxanda qalmaq məcburiyyətində qaldı. Peterburqda fəaliyyət göstərən fransız konsulu Lavi və rusiyalı nazir Kampredonun məlumatlarına əsasən, Pyotrun məşuqəsi hamilə idi və artıq doğuş vaxtı yaxınlaşmışdı.

Sonradan verilən məlumata əsasən, Mariyanın oğlu dünyaya gəldi. Amma körpəni kimsə boğub öldürdü. Əsasən, Yekaterina və Gombul Pyotrun adamlarından şübhələnirdilər. Amma Gombul Pyotr Çarla Mariyanın yaxınlaşmasına kömək etdiyi üçün bu versiya o qədər də ağlabatan deyil.

Bununla belə, doğuşun uğursuz olduğunu eşitdikdən sonra Pyotrun Kantemirə münasibətində soyuqluq yarandı. Mariya və Pyotr arasında növbəti məktublaşma Yekaterinanın xəyanəti üzə çıxdıqdan sonra, Çarın ölümünə bir müddət qalmış yarandı. İmperator Kantemirdən geri qayıtmağı xahiş edirdi.

1-ci Pyotrun vəfatından sonra Yekaterina Kantemiri rahat buraxmırdı. 2-ci Pyotrun hakimiyyəti dövründə Mariya Moskvaya köçür. Həyatının sonlarında o, monastra getmək istəsə də, qardaşı onu fikrindən daşındırdı. Qadın bütün təklifləri rədd edərək heç vaxt ərə getmədi.

Bununla yanaşı, Pyotrun həyatında kifayət qədər çox qadın olub. Bu yazıda isə sadəcə İmperatorun həyatında hansısa bir iz buraxmış qadınlardan danışdıq. Bəzi tarixçilər Pyotrun hətta kişilərə də meyli olduğunu yazsa da, bunu sübut edən heç bir ciddi fakt ortaya qoyan olmayıb.

Hikmət
Ölkə.Az

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com