Beyləqanlı məmurun milyonluq villası ilə bağlı yeni xəbərlər

bn1

 

“Əhməd Əhmədzadə ilə Vaqif Abdullayevi də yedirdirəm” deyən Ələmşah Məmmədquliyev dövlətin pullarını özü necə yeyir?

Beyləqandan AzMedia.info-nun elektron poçtuna göndərilən məlumata görə,  Suvarma Sistemləri İdarəsinin müdiri Ələmşah Məmmədquli
yev rayon mərkəzində tikdirdiyi villasında yüzminləri çölə töküb.
Belə ki, dövlətin milyonlarını mənimsəyərək Beyləqanda “kiçik oliqarxa” çevrilən Ələmşah Məmmədquliyev qazandığı pulları boş-boşuna dəbdəbəli villasına xərcləməklə məşğuldur. Saytımıza göndərilən məlumatda qeyd olunur ki, idarə müdiri 2 ilə yaxındır tikdirməkdə olduğu villasının içərisini bu yaxınlarda sökdürərək başqa üslubda  düzəltdirmək qərarına gəlib.Məlumatda vurğulanır ki, Ələmşah Məmmədquliyev villasının içini yenidən təmir etdirmək üçün təxminən 70 min manat xərc çəkməli olub. Maraqlı məqamlardan biri isə idarə müdirinin evinin içini ikinci dəfə təmir etdirməsidir.Yəni hər dəfə villanın dizaynı Məmmədquliyevin oğlunun xoşuna gəlməyəndə sökdürüb yenidən təmir etdirir. Bu təmirlərə isə ümumilikdə 150 min manatdan çox vəsait xərcləndiyi deyilir. Məlumatda bildirilir ki, yaxınlarda villasının içərisini təmir etdirən idarə müdiri həmin imarətə köçməkistəyir. Dövlətdən 620 manat əmək haqqı alan Suvarma Sistemləri İdarəsinin müdirinin qiyməti milyon manata yaxın olan villanı hansı vəsaitlə tikdirdiyi hər kəsə məlumdur.
Beyləqanda dövlət vəsaitini çapıb-talayan əsas məmurlardan biri olan Ə.Məmmədquliyev yığdıqlarını təkcə özü yemir. Məlumatda bildirilir ki,  Ə.Məmmədquliyev özü də hər yerdə şəstlə deyir ki, “mən təkcə özümü yox, Əhməd Əhmədzadə, Vaqif Abdullayev kimi nərləri də yedirdirəm”.
Redaksiyamıza göndərilən məktubda bildirilir ki, Beyləqanda su təsərrüfatı ilə bağlı fəaliyyət göstərən digər qurumların da icra hakimiyyətinə və Bakıdakı baş idarəyə çatacaq haqları Ə.Məmmədquliyev vasitəsilə yığılır. Təbii ki, Ə.Məmmədquliyev buradan da öz payını götürür.
Təqaüd yaşı üç ildən çoxdur tamam olmasına baxmayaraq, Ə.Məmmədquliyev hələ də vəzifəsinin başındadır və deyilənə görə, idarə müdiri bunun səbəbini Əhməd Əhmədzadənin onun yerinə “layiqli kadr” tapa bilməməsi ilə izah edir.  “Layiqli kadr” dedikdə isə Ə.Məmmədquliyevin nələri nəzərdə tutduğunu təxmin etmək o qədər də çətin deyil.
25 ilə yaxındır bu vəzifəni daşıyan Ə.Məmmədquliyevin Bakı şəhərində də qiyməti böyük məbləğlərlə ölçülən mülkləri var. Bu hələ o qədər də zəngin olmayan bir rayonun bir idarə müdirinin var-dövləti ilə bağlı faktların mediaya gəlib çatan kiçik bir hissəsidir.
Beyləqandan daxil olan məktub əsasında təqdim etdiyimiz bu yazı ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com