“Bank Respublika” 67 əməkdaşını işdən çıxarıb

bank-respublika

“Bank Respublika” ASC-nin işçilərini sayında azalma müşahidə olunur.

 “APA-Economics” bankın açıqladığı hesabata istinadən xəbər verir ki, cari ilin iyul ayının 1-ə bankın işçilərinin sayı 568 nəfər təşkil edib. Halbuki, cari ilin I rübünün sonunda işçi heyəti 575 nəfərdən ibarət olub.

 Ötən ilin yekununda bankda işləyənlərin sayı 635 nəfər idi. Beləliklə, 6 ay ərzində bankın sıralarını 67 nəfər tərk edib.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com