Bank of Baku-da müştərilərə qarşı böyük hörmətsizlik

Gunxeber.com xəbər veririr ki, İlqar İsgəndərov adlı müştəri Bank of Baku-nun əməkdaşlarınının özbaşnalığından şikayət edir. Müştəri qeyd edir ki, səhər saat 9:30-dan mənə məxsus olan bank kartımın aktivliyini və balansını yoxlamaq üçün bankın mənə verdiyi (012) 447 00 55 (863 daxili) nömrəsinə zəng edirəm. Bir (1) saat ərziəndə dayanmadan o nömrəyə zəng etdim, ancaq cavab verən olmadı.

Başqa bir nömrə almaq üçün internet üzərindən Bank of Baku-nun online məsləhətçi bölməsilə əlaqə saxladım. Mənə Sevda adlı bir xanım cavab verdi. Onun soyadını yazmıram. Hər halda yaxşı deyil fikrimcə. Həmən bu Sevda xanıma 1 sual verdim. Sevda xanım da mənə həmən o nömrəni verib ora zəng etməyimi xahish etdi. Ona ikinci sualı verdim. Sualıma cavab vermədən – siz bir daha o nömrəyə zəng edin yazaraq mənimlə əlaqəni mənim icazəm olmadan və sağollaşmadan kəsdi.

Bank of Bakun-nun əməkdaşının mədəniyyəti buna çatır ?! Bu insanla söhbət zamanı ona üz çevirmək və yaxud qapını qarşındaki şəxsin üzünə çırpmaq kimidir. Mədəniyyətsiz əməkdaşların olmayan mədəniyyəti bir yana, heç olmasa savadlarına fikir vermək lazımdır iş zamanı. Sadə bir sualıma cavab verməyən Sevda xanımı görəsən müştərilərə xidmət göstərən məsləhətçi kimi niyə işdə saxlayırlar ?!

Güman edirəm ki, Bank of Baku əməkdaşlarının davranış qaydalarına və savadlarına ciddi fikir verəcək.

 Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com