Bakıda və Sumqayıtda bayram yarmarkaları təşkil olunacaq

173418_res_01

 

Dekabrın 24-dən 31-dək Bakı və Sumqayıtda fasiləsiz olaraq kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, Bakıda yarmarkalar aşağıdakı ərazilərdə keçiriləcək:

-Xətai rayonu, Məzahir Rüstəmov küçəsi (“Bakı” kinoteatrının yaxınlığı); -Nərimanov rayonu, Keşlə bazarının ərazisi;

-Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1;

-Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı;

-Binəqədi rayonu, Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı.

Sumqayıt şəhəri üzrə yarmarka 12-ci mikrorayon və köhnə avtovağzalın yanında olacaq.

Yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunub və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com