Bakıda şirkət rəhbərinə qarşı 700 min manatlıq dələduzluq edilib

manat_15-08-2014_1

Bakıda şirkət rəhbərinə qarşı dələduzluq edilib.

“Report”un xəbərinə görə, bu barədə zərərçəkən – Abşeron rayon sakini 1961-ci il təvəllüdlü Bilalov Elçin Parapel oğlu Səbail Rayon Polis İdarəsinə (RPİ) ərizə yazaraq bildirib.

E.Bilalov qeyd edib ki, Bibiheybət qəsəbəsində yerləşən və ona məxsus “Foodini” MMC-də operator işləyən Xaçmaz rayon sakini 1987-ci il təvəllüdlü Şabanov Nəriman 700 000 manat dəyərində ərzaq mallarını satıb və pulunu ələ keçirib.

Faktla bağlı Səbail RPİ-də araşdırma aparılır.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com