Bakıda iki piyadanı maşın vuraraq öldürüb

1484208140_8d011646-1feb-406d-9dae-2cdbdb07bc28jhk

 

Bakıda iki piyadanı maşın vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 11-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Etiqad Kərimov idarə etdiyi “QAZ-2410″ markalı avtomobillə yolu keçən qəsəbə sakini Rəhim Hüseynovu vurub. Xəstəxanaya yerləşdirilən R.Hüseynov orada ölüb.

Digər hadisə Nərimanov rayonu M.Araz küçəsində baş verib. Bakı şəhər sakini Rza Balayzadə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Cəsarət İsayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com