Bakıda dəhşətli yanğın; ölənlərin sayı 15-ə çatdı, çoxlu yaralılar var – VİDEO+YENİLƏNİR

yanqinBakıda daha bir üzlənmiş binada yanğın baş verib. 

Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı fotoları jurnalist Əzizə İsmayılova Facebook hesabında paylaşıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, bina bir neçə dəqiqə ərzində yanıb.

Qeyd edək ki, həmin bina alkopanla üzlənib.

***

Hadisə “Azadlıq” metrosunun yanındakı 16 mərtəbəli binada baş verib.

***

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğının söndürülməsi davam edir.

***

Bina sakinlərinin verdiyi məlumata görə, yanğın birinci mərtəbədən başlayıb. Bir neçə saniyə ərzində isə bütün binanı əhatə edib. Binada 54 mənzil var.

Qafqazinfo“nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 16 mərtəbəli binada baş verən yanğın zamanı bir kişi özünü səkkizinci mərtəbədən ataraq ölüb.

Bakıda fəlakət - 16 mərtəbəli binada dəhşətli yanğın - 2 ölü! - Foto, video (YENİLƏNİR)

****
Əməkdaşımız Məhəmməd Türkmənin hadisə yerindən verdiyi məlumata görə FHN-in yanğınsöndürənləri alovu ram etməyə çətinlik çəkirlər və yanğın şiddətlə davam edir. Əsən külək və yanar konstruksiyaların tezalışan olması yanğınsöndürənlərin işinə mane olur. Yanğın nəticəsində ölən, yanıq xəsarəti alanlar və tüstüdən zəhərlənənlər var. Hadisə yerinə 10-dan artıq yanğınsöndürən maşın, 3 təcili tibbi yardım biriqadası və FHN-in helikopteri də cəlb edilir. 
 
****
Yanan binada övladı ilə qaldığı bildirilən jurnalist Sevinc Fədai və övladı artıq binadan təxliyə olunub. Məlumata görə, hər ikisinin vəziyyəti yaxşıdır.
Binadan daha bir yaralının çıxarıldığı bildirilir.
***
Binada baş verən yanğın zamanı biri azyaşlı olmaqla iki nəfər həlak olub. Movqe.az saytına bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, hadisə zamanı 15 yaralı qeydiyyata götürülərək dərhal təcili tibbi yardım maşınları ilə xəstəxanalara yerləşdirilib. Onlardan 7-si 1 saylı Klinik Tibbi Mərkəzə, digərləri isə Bakı Sağlamlıq Mərkəzinə, 5 saylı Xəstəxananın Yanıq şöbəsinə yerləşdirilib.
Bakının Binəqədi rayonunda baş verən yanğında 4 nəfər ölüb. 
“Report”un xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov məlumat verib. O, yaralıların olduğunu da bildirib.
Yaralıların dəqiq sayı bilinmir.

Virtualaz.org saytının hazırda hadisə yerində olan müxbiri xəbər verir ki, FHN-in xilasediciləri vertolyotların köməyi ilə yanan binanın damına qalxıblar. Onlar yuxarı mərtəbələrdə sağ qalan sakinləri axtaracaqlar.

FHN xilasediciləri iki operativ qrupa bölünərək axtarışlarla məşğuldur. Onlardan biri aşağı, digəri isə yuxarı mərtəbələrdə axtarış aparır.

Yanğın isə hələ də davam edir. Binanın 8, 9 və 10-cu mərtəbələrindəki yanğını söndürmək hələ də mümkün olmayıb.

Bu arada yanğında ölənlərin sayı da artıb. Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Liliya Bayramova virtualaz.org saytına açıqlamasında ölənlərin sayının artıq 7-yə çatdığını deyib. Onun sözlərinə görə, həmin şəxs Respublika Toksikologiya Mərkəzinə çatdırılan həmin şəxs qatı tüstüdən zəhərlənibmiş. Azyaşlı bir neçə dəqiqə əvvəl xəstəxanada keçinib.

L.Bayramova onu da bildirdi ki, daha 17 nəfər Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Onların vəziyyəti orta-ağırdır. Daha bir nəfər isə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti haqda məlumat yoxdur. Daha 3 nəfər isə Travmatologiya Mərkəzinə yerləşdirilib.

***

Son məlumatlara görə, yanğın zamanı ölənlərin sayı artmaqdadır. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liliya Bayramova virtualaz.org saytına bildirib ki, ölənlərin sayı 10 nəfərə çatıb, 43 nəfər isə xəsarət alıb.

***

Yanğında ölənlərin sayı artıb

Bu barədə “Report”a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

O deyib ki, hadisə zamanı ölənlərin sayı 13 nəfərə çatıb, xəsarət alanlar isə 61 nəfərdir. Onlardan 10 nəfərə hadisə yerində yardım göstərilib: “Hazırda ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır”. 

***

Bina yanğınının dəhşətli videogörüntüsü yayılıb. Əldə olunan ən son xəbərə görə, yanğın zamanı ölənlərin sayı artıq 15 nəfərə çatıb, xəsarət alanlar isə 61 nəfərdər. Bu barədə Trend-ə SN-nin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Azərtac-ın yaydığı videoda binanın bir neçə saniyə ərzində alova büründüyü görünür. Bu dəhşətli videogörüntünü  təqdim edirik:

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com