“AzTV və İTV hansı örnək proqramlar verir ki?!” – Media eksperti

1484054090_zeynalmemmedli33

 

“Bayağı verilişlərə qadağa qoymaqla problemi həll etmək olmaz”.

Bunu BakiPost.az-a açıqlamasında media eksperti Zeynal Məmmədli millət vəkili, keçmiş telejurnalist Qənirə Paşayevanın televiziyalarda bayağı, səviyyəsiz verilişlərin və toy mərasimlərinin efirə verilməsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Qənirə Paşayeva millət vəkili olaraq bu məəslə ilə bağlı təşəbbüslər irəli sürə bilər: “Qənirə xanım televiziya sahəsində təcrübəsi olan şəxsdir və bir tamaşaçı kimi də öz fikrini bildirə bilər. Hesab edirəm, millət vəkili olduğu üçün Qənirə xanım çox maraqlı təşəbbüslər irəli sürə bilər ki, Azərbaycanda da tamaşaçı cəmiyyətləri olsun. Yəni, verilişdə hansı proqram ritmi çatmırsa, proqram formatına ehtiyac varsa, sanki ictimai rəyi ona alışdırmaq və belə bir ictimai rəy basqısı yaratmaq lazımdır. Bu, məhəllə basqısı və ya qışqır-bağır deyil. Sadəcə cəmiyyətin ehtiyac duyduğu biçimləri əsaslandırmaqdır. Bu tipli şeylərlə irəli getmək olar. Amma qadağa yolu çox mənasızdır. Belə şeylər uçuruma aparır. Lakin əsaslandırmaq, alternativ vermək, yarış göstərmək mümkündür”.
Media eksperti bildirib ki, bu məsələdə millət vəkilləri, jurnalistlərlə yanaşı, Milli Teleradio Şurası da təşəbbüskar olmalıdır: “Bunu qadağa etmək şəklində etməməlidir. Televiziyalarla bağlı müsabiqələr olur, tenderlər keçirilir. O tenderlərdə prodokşnlara üz tutur. Bu sahədə təcrübəsi olan və olmayan həvəskarlar belə komanda ilə öz təkliflərini verə bilər. Həmin qalib üçün alternativ proqram hazırlasın. Amma doğrudan da bizim televiziyalara baxanda görürsən ki, bir çox proqramlar üz qızardıcıdır”.
Zeynal Məmmədli bildirib ki, uşaqlar və gənclər üçün olan verilişlərdə, televiziya filmlərində də biabırçı hallar çoxdur: “Xüsusilə dövlətdən maliyyələşən kanallarda bu hal var. Parlament daha çox pulu dövlətdən alıb ortaya bir şey çıxarmayan kanalları müzakirə etməlidir. AZTV və ya İTV hansı örnək proqramlar verir ki, özəl kanallar da bunu əsas götürsün? Məsələni bu istiqamətə yönəltmək lazımdır. İctimai rəyi formalşdırmaq lazımdır”.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com