Azərbaycan çempionatında qeyri-adi hesab – 27:0

496785

AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi liqalarda növbəti qarşılaşmalar keçirilib.

Milli.Az  xəbər verir ki, “Qəbələ” futbol akademiyasının komandaları 13 oyun keçiriblər.

Komandalar bu görüşlərin 9-da qalib gəlib, 2 heç-heçə edib və 2 dəfə uduzub.

U-19 “Şərurspor”la ev oyununda 3:0 hesabı ilə qalib gəlib.  U-17 “Səbail”lə ev oyununda 5:0 hesabı ilə qalib gəlib. U-15 mövsümdə ilk xal itkisi ilə üzləşib. Ardıcıl 8 qələbədən sonra “Neftçi” ilə qolsuz heç-heçə edən “qırmızı-qaralar” 9 oyundan sonra 25 xalla yarışın lideridir.

Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 və U-13-də növbəti matçlarına çıxıb. “Zirə”yə 1:0 hesabı ilə qalib gələn U-14 11 oyundan 27 xalla 3-cüdür.

“Neftçi” ilə 2:2 hesablı heç-heçə edən U-13-ün aktivində 11 oyundan sonra 20 xal var.

Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-12, U-11 və U-10-ların yarışında “Qəbələ” bir neçə komanda ilə təmsil olunub. U-12 Liqasında “Qəbələ” “Daşqın”la matçda 2, UGİM Qaxın UGİM-i ilə görüşdə 1 cavabsız qolla qələbə qazanıb. U-11 Liqasında “Qəbələ” və UGİM üz-üzə gəliblər. Görüş “Qəbələ”nin 8:3 hesablı qələbəsi ilə başa çatıb.

U-10 Liqasında “Qəbələ” “Viktoriya”ya 27:0 hesabı ilə qalib gəlib. UGİM isə “Kürmük”ü 5 cavabsız qolla keçib. Gİİ Yevlax UGİM-inə uduzub – 4:5.

Qızların yüksək liqa yarışının IX turunda “Sumqayıt”la görüşən “Qəbələ” 2:0 hesabı ilə qələbə qazanıb.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com