Aydın Əliyevdən sərt qərarlar – 4 rəis gömrükdən qovuldu

1484053205_ad41e02341ace4d5ee6fa632b3ae9209

 

Azərbaycan Dövlət Gömrük Komitəsində ciddi kadr dəyişiklikləri aparılıb.

BakiPost.az xəbər verir ki, komitə sədri, general Aydın Əliyevin əmri ilə bir sıra vəzifəli şəxslər işlərində verdiyi ciddi nöqsanlara görə Gömrük orqanlarındakı fəaliyyətlərinə xitam verilib.

Belə ki, Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi, Əməliyyat idarəsinin rəis müavini Ceyhun Fərzəliyev, Əməliyyat-Axtarış şöbəsinin rəisi Malik Əliyev, eləcə də Biləsuvar və Astara Sərhəd Keçid Məntəqələrinin rəisləri işdən çıxarılıb.

Biləsuvar Sərhəd Keçid Məntəqəsinin rəisi İlqar Abdullayevi Elçin Quliyev əvəzləyib.

Astara Sərhəd Keçid Məntəqəsinin rəisi Sücəddin Hüseynovun yerinə isə Mirkazım Miratayev təyin edilib.

Qeyd edək ki, Gömrük orqanlarından uzaqlaşdırılan Biləsuvar Sərhəd Keçid Məntəqəsinin rəisi İlqar Abdullayev Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının rəisi, general İlham Abdullayevin qardaşıdır.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com