Atasına görə model olan seksual isveçli - FOTOSESSİYA

isvecli__20__b90911551ef5626c09f08cb5792661e2Modellərin “kəşf olunması” çox vaxt eyni ssenari üzrə olur; ya özləri fotoşəkillərini model agentliklərinə yollayıb seçilirlər, ya da agentliyin hansısa işçisi onları görüb dəvət edir. İsveçli model Elza Hosk da fotoşəkilləri agentliklərə yollayaraq seçilənlərdəndir. Fərq isə şəkillərinin özü yox, atası tərəfindən göndərilməyidir. Elzadan əlavə, iki oğlunun da fotosunu agentliyə göndərən ata övladlarından birinin model olmasını çox arzulayırmış. Hoskun o vaxtlar cəmi 13 yaşı olub, 14 yaşında artıq çəkilişlərə dəvət almağa başlayıb.

 

Ancaq gələcək “Victoria`s Secret”in mələyi hər şeydən əvvəl təhsilini başa vurub, daha sonra uzun illərdir məşğul olduğu peşəkar basketbollun arxasınca gedib. İsveç basketboll komandalarından birində oynayan Hosk burada idmançı kimi gələcəyini görə bilməyib və Nyu-Yorka köçüb. Məşhur brendlərin nümayişlərində iştirak etməyə başlayıb, “Pink” alt paltarlarının siması olub və 2011-ci ildə hər bir modelin arzusu olan “Victoria`s Secret”in dəfiləsinə çıxıb. 26 yaşlı model üç il sonra, yəni 2014-cü ildə “Victoria`s Secret”lə müqavilə imzalayıb.

 

“Fashionista.com”a müsahibəsində model bədənində ən çox “arxasını” bəyənmədiyini deyib: “Kökələn kimi birinci yanlarım böyüyür. Ona görə çoxlu idman etməli oluram”.

 

Hosk “Victoria`s Secret”in ilk dəfiləsinə çıxmağını isə belə xatırlayır: “Əvvəlcə çox həyəcanlı idim. Bura çatan kimi qızların kulisdə əyləndiyini, rəqs etdiyini gördüm. Həqiqətən çox əyləncəliydi”.

 

Onun ən sevdiyi film “Blade Runner”dir. Ən sevdiyi məkanlar Stokholm Arxipelağı, Tokio və Nyu-Yorkdur. 60-70-ci illərin mahnılarını dinləməyi xoşlayır. Basketbolldan əlavə boksu da çox bəyənir və məşğul olur.

 

Elza models.com saytının “Dünyanın ən seksual modelləri” siyahısında 18-ci yerdədir. Onu “Instagram”da @hoskelza hesabından izləyə, “Twitter”dən yazdıqlarını oxuya bilərsiniz.

 

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com