Ancelina Colinin yarıçılpaq FOTOlARI

315407Fotolar 18 il öncə filmin promo kampaniyası üçün çəkilib

Dünyanın ən gözəl qadınlarından biri olan Hollivud ulduzunun çılpaq fotoları yayılıb. Anspress-in məlumatına görə, Ancelina Coli fotoları gənc yaşlarında çəkdirib. 

Fotolar uzun illər öncə çəkilsə də, indi ortaya çıxıb. 

Fotolar “Hakerlər” filminin promo kampaniyası üçün çəkilib. Adıçəkilən film prokata 1996-cı ildə çıxıb. Bu filmdəki rol 20 yaşlı Colinin ilk ciddi rolu olub. 

Film üçün çəkilən fotolarda ulduz, demək olar ki, çılpaqdır. Belə ki, onun əynində ancaq qara bir parça var. Aktrisanın o zaman daha az olan tatuları aydın görünür. 

“Hakerlər”in çəkilişində Coli ilk həyat yoldaşı ilə tanış olub. Onlar həmin il evləniblər. 
Lakin cütlüyün evliliyi uzun çəkməyib. Onlar qısa müddət sonra boşanıblar. Boşanmaya səbəb isə Colinin ağır xasiyyəti olub. 

“Conni ilə boşanma, yəqin ki, mənim etdiyim ən düşünülməmiş addım idi. Biz, hələ də, çox yaxınıq”. 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com