“Alke Group” işçilərin pulunu yeyib – ŞİKAYƏT

20160525-103953linkUcarın Beton Zavod yaşayış evi sakini Mahmudova Sarıgül Hüseynalı qızı Tia.az-a şikayət məktubunda üzləşdiyi haqsızlıqdan yazıb.

Onun sözlərinə görə, “Alke İnşaat Sənaye və Ticarət Anonim Şirkəti” ailəsini əmək müqaviləsi bağlamadan işlədib, 6 aylıq əmək haqqını mənimsəyib vermir. Müraciət müəllifi yazıb: “2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Araz Bayramzadə “Alke İnşaat Sənaye və Ticarət Anonim Şirkəti”-nin  rəhbərliyindən rüşvət alıb saxtakarlıq edib.

Belə ki, “Alke İnşaat Sənaye və Ticarət Anonim Şirkəti” -nin Məhəmməd adlı rəhbəri 10 may 2013-cü il tarixdə “Azəryol serviz”-lə bağladığı müqavilə əsasında Ucar-Göyçay mağistiral yolun yevi asfalt örtüyünün çəkilişini, yol kənarı nişanlarının yenilənməsi kanalizasiya sistemlərinin çəkilişi ilə əlaqədar mənim həyat yoldaşım Mahmudov Zahid Bəhiyyəddin oğlunu gözətçi kimi işə qəbul etdi.

Bu iki il ərzində biz yəni həyat yoldaşım və mən”Alke İnşaat Sənaye və Ticarət Anonim Şirkəti”  tərəfindən orada aparılan işlərdə gündüzlər növbəliklə fəhləlik etmişik, gecələr isə tikinti materiallarına gözətçilik etmişik.

Bunun müqavilində hər ay həyat yoldaşıma 400 manat əmək haqqı verirdilər. 2015-ci ilin yanvar ayında həyat yoldaşıma əmək haqqını gələn ay verəcəyik deyə-deyə həmin ilin iyun ayına kimi işlətdikdən sonra daha iş qurtardı deyib 6 ayın maaşını mənimsəyib verməmişdilər.

Bunun səbəbini tikintiyə rəhbərlik edən Məhəmməd müəllimdən soruşduqda deyir mənlik deyil “Azəryolservis” pulu kəsadi onlara müraciət edin deyib bizi başdan etdi. Bu haqsızlıq və haramlıqdır ki,  “Alke İnşaat Sənaye və Ticarət Anonim Şirkəti” və “Azəryolserviz” bizə qarşı etmişdir”.

S.Mahmudova bildirib ki, heç bir yerdə işləmirlər: “Alke İnşaat Sənaye və Ticarət Anonim Şirkəti” vətəndaşların savadsızlığından , imkansızlığından sui-istifadə edib onlarla əmək müqaviləsi bağlamadan işlədib axırdada aldadıb pullarını mənimsəyir.

Mənim və həyat yoldaşımın şikayət ərizəmiz əsasında 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində aparılan araşdırma zamanı bunlar subut olunmuşdur.Ancaq buna baxmayaraq 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Araz Bayramzadə  “Alke İnşaat Sənaye və Ticarət Anonim Şirkəti”-nin rəhbərliyindən rüşvət alıb qanunsuzluq etmişdir.

Belə ki, bizi əmək müqaviləsi bağlamadan işlətdiyi üçün “Alke İnşaat Sənaye və Ticarət Anonim Şirkəti”-ni  20.000 manat cərimə etmək əvəzinə tam qanunsuz olaraq saxtakarlıq edib 700 manat cərimə etmişdir.Bu artıq cinayət əməlidir ki, 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Araz Bayramzadə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək törətmişdir.

Artıq bu barədə müfafiq orqanlara şikayət ərizələri ilə müraciətlər etmişik. Mətbuat vasitəsi ilə də  Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi cənab Fuad Əlizadəyə müraciət edib xahiş edirik ki, 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Araz Bayramzadənin və  “Alke İnşaat Sənaye və Ticarət Anonim Şirkəti”-nin qanunsuz əməlləri obyektiv araşdırıb barələrində qanunu tədbirlər görəsiniz.

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com