Aldadılan 2500 tələbə və mənimsənilən milyonlar – ARAŞDIRMA

TELEBE 1_1419681540Anadolu Universitetinin Azərbaycandakı rəsmi tərəfdaş qurumu ATİB bəzi faktlari ictimaiyyətdən niyə gizlədir ?!

Anadolu Universiteti Azərbaycan Proqramlarında “Distant təhsil” alan bir qrup gəncin öz problemləri ilə mətbuata çıxması problemlərin sıralanması ilə nəticələndi. Tələbələri narahat edən məslələlərin başında 2014- 2015 tədris ilində müəyyənləşdirilən təhsil ödənişlərinin kursda qalan tələbələr üçün haqsız olaraq yüksəldilməsi, Anadolu Universitetinin Azərbaycandakı tərəfdaş qurumu olan və tələbələrə texniki xidmət göstərməyi öhdəsinə götürən Azərbaycan Türkiyə İşadamları Birliyi (ATİB) ilə tələbələr arasında heç bir rəsmi müqavilənin bağlanmaması və universitet tərəfindən verilən diplomların Azərbaycan Təhsil Nazirliyi tərəfindən nostrifikasiya (təsdiqolunma) edilməməsi idi.
Amma problemlər bununla da bitmədi. Şikayətin mətbuatda yayımlanmasından az keçməmiş tələbələrə Tərəfdaş Qurumun rəsmiləri tərəfindən müxtəlif yollarla təzyiqlər göstərildi. Sözügedən mövzu ətrafında yarğanlar dərinləşməyə başladı. Araşdırmalar daha ilginc faktları üzə çıxardı. Haqsızlığa məruz qalan tələbə Vüsal Süleymanlının vəkili ilə söhbətimiz zamanı bəzi hüquqi məsələlər də ortaya çıxdı. 
Hüquq müdafiəçisi Ruzbek Məhəmmədi bildirdi ki, Türkiyə medyasında və Anadolu Universitetinin rəsmi saytında Anadolu və ATİB arasında əməkdaşlıq haqqında rəsmi informasiya mövcuddur. “Hətta ATİB sədri Cemal Yangının anadan olduğu yer Fatsa”da yayınlanan Günəş qəzetində Cemal bəyin geniş müsahibəsində ATİB sədri açıq -aşkar Anadolu Universiteti Azərbaycan Proqramları üzrə distant təhsil layihəsini məhz onun başlatdığını bəyan da edib. Burada belə bir sual ortaya çıxır: madam bu layihənin başında Cemal Yangın və ATİB durur və Türkiyənin xəbər portallarında və Anadolu Universitetinin rəsmi saytında bu barədə məlumatlar verilir, bəs niyə ATİB rəsmi saytında bu əməkdaşlığı 3 aydan çox vaxt ərzində Azərbaycan ictimaiyyətindən gizlədib?” 

Daha sonra cənab Məhəmmədi qeyd edib ki, yalnız tələbələrin qeydiyyatı bittikdən və təhsil haqları xaricə bir şirkətin bank hesabına keçirildikdən sonra, dolayı yolla ATİB rəhbərliyi, özünə bağlı “EcoVizyon” jurnalının Noyabr 2014 , ( sayı 21, səhifə 30 bax) sayısında ATİB-i Anadolu Universiteti Azərbaycan Proqramlarının koordinatoru kimi göstərib. “ATİB yenə də açıq bir şəkildə Anadolu Universiteti ilə tərəfdaş müqaviləsi bağladığını bəyan etməməkdədir. Çünki ATİB-in rəsmi saytında tərəfdaşlıq etdiyi qurumlar arasında Anadolu Universitetinin adı çəkilmir. Ayrıca ATİB-in 15 dekabr 2014 tarixli xəbərlər bölümündə Azərbaycan Proqramları koordinatoru olaraq Azər Hətəmovun adı keçir. Bir tərəfdən “EcoVizyon” jurnalında ATİB sədri Camal Yanğın dolayı yolla rəhbərlik etdiyi təşkilatın “kooridinator” olduğunu vurgulayır, dəgər tərəfdən ATİB saytının xəbərlər bölümündə Azər Hətəmovun “koordinator” kimi adı verilir. Bəs, o zaman Azərbaycan Programlarında distant təhsil alan tələbələr niyə təhsil haqlarını “Anadolu Vizyonu Kurs Destek ve Turizm Sanayi Ticaret Anonim Şirketi”-nin Şimali Kipr Respublikasının paytaxtı Lefkoşadakı Ziraat Bankının hesabına keçirirlər? Bu şirkətlə ATİB arasında nə əlaqə ola bilər? Ümumiyyətlə, bu şirkətin təsisçisi və rəhbəri kimdir?”

ATİB-in rəsmi saytında və ATİB-ə bağlı “EcoVizyon” jurnalının Noyabr 2014 , ( sayı 21, səhifə 34 bax ) buraxılşında ATİB-in yeni üzvləri arasında “Anadolu Vizyonu Kurs Destek ve Turizm Sanayi Ticaret Anonim Şirketi”- nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin də adı keçməkdədir:

“Anadolu Vizyonu Kurs Destek Ve Turizm Sanayi Ticaret Anonim Şirketi”- nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi
Ömər Dönməz– təmsilçi
Tel: (012) (012) 5630909 5632020 0708920707
Ünvan: İbrahimpaşa Dadaşov 74 V azadliq metrosunun cıxışı
Anadolu Universitetinin tələbəsi olmaqla Siz, Azərbaycanı tərk etmədən universitetin Menecment, İqtisadiyyat, Xarici Ticarət, Turizm və Otel İdarəçiliyi, eləcə də İctimaiyyətlə Əlaqələr və Tanıtım fakültələrinə qəbul oluna bilərsiniz!


Bu şirkətin təmsilcisi olarak Ömər Dönməz görülməkdədir. Araştırmalarımız sonucu məlum oldu ki, Ömer Dönməz eyni zamanda Azərbaycanda əsasən inşaat sektorunda fəaliyyət göstərən və ATİB sədri olan Camal Yanğın bəyə bağlı “İstanbul Çarşı İmport Export LTD” şirkətində həm baş mühasibi, həm də ATİB Təftiş Komissiyasının üzvüdür.
Bax,
( http://atib.az/ )
( http://www.istanbulcarsi.com/ustyonetimAz.html )
(http://atib.az/az/view-page/85/T%C9%99fti%C5%9F+Komissiyas%C4%B1)


Diqqətimizi çəkən bir məqam da “Anadolu Vizyonu Kurs Destek Ve Turizm Sanayi Ticaret Anonim Şirketi”- nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Anadolu Universiteti Azərbaycan Proqramlarına tələbə qəbulunu elan etməsidir. Əgər Anadolu Universiteti Azərbaycanda tərafdaş qurum kimi ATİB-i görürsə, bu şirkət nümayəndəliyinin tələbə qəbulunu həyata keçirməsi nə dərəcədə doğrudur? Anadolu Universitetinin rəsmi tərəfdaş qurumu ATİB isə, bu tərəfdaşlıq ATİB-in rəsmi saytında açıq bir şəkildə bəyan olunmursa , Universitetlə bağlı dolayı yolla bir anonim şirkət nümayəndəliyinin adı hallanırsa və bu şirkət də yenə dolayı yolla ATİB sədri Camal Yanğın bəyə bağlıdırsa, ortya çoxlu suallar çıxır. Hətta Anadolu Universiteti Azərbaycan Proqramlarında distant təhsil alan Vüsal Süleymanlının adından onun qanuni hüquq müdafiəçisi tərəfindən universitetin tərəfdaş qurumu kimi ATİB-in sədri Camal Yanğın bəyə (tələbələrə xidmət göstərən qurumun rekvizitlərinin və tələbələrlə bağlanması gərəkən xidmət müqaviləsinin surətinin təqdim edilməsi kimi məsələlərlə bağlı) ünvanlanlanmış 17/10/2014 tarixli müraciət sorğusuna hələ də bir cavab verilmyib.

Araştırmalarımız zamanı bir maraqlı faktı daha aşkarladıq. 2010-2011 ilində Anadolu Universiteti Azərbaycan Proqramlarında distant təhsil alan tələbələrə texnik xidməti “Modern Anadolu Eğitim ve Turizm Hizmetleri Sanayi Ticaret Limited” Şirketinin Azerbaycan Respublikasındakı Nümayəndəliyi həyata keçirməkdəydi. Və bu şirkətin nümayəndəliyinin direktoru yenə cənab Ömər Dönməz idi. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05/04 / 2011 tarixli yazısıyla bu şirkət nümayəndəliyinin fəaliyyəti qanunsuz elan edilib.
2500-dən çox Azərbaycanlı tələbənin aqibəti isə sual altında buraxılıb. Hansısa bir xarici şirkətin bank hesabına böyük məbləğdə pul vəsaitinin, tələbələrlə heç bər müqavilə bağlanmadan təhsil haqqı kimi köçürülməsi isə nəzarətsiz qalıb.

Bu arada, distant təhsil oyunlarından zərər çəkmiş kimi redaksiyamıza müraciət edənVüsal Süleymanlı sorğusuna Təhsil Nazirliyi tərəfindən cavab verildiyi haqda bizə məlumat da çatdırıb. Vüsal Süleymanlının qanuni hüquq müdafiəçisinin 13/11/2014 tarixli sorğusuna Azərbaycan Təhsil Nazirliyindən verilən 15 /12 /2014 tarixli cavabda qeyd olunur ki, Anadolu Universitetinin fəaliyyəti üçün Təhsil Nazirliyinə rəsmi heç bir müraciət olunmayıb. Yəni “Anadolu Vizyonu Kurs Destek Ve Turizm Sanayi Ticaret Anonim Şirketi”- nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Anadolu Universiteti adından fəaliyyəti qanunsuzdur. Ayrıca hal-hazırda müvafiq icra mexanizmi olmadığından, distant formada məzun olan şəxslərin ali təhsil haqqında sənədlərinin (diplom) ekvivalentliyinin müəyyən edilməsi mümkün deyil. Yəni, Anadolu Universiteti Azərbaycan Proqramlarından məzun olanların diplomları Azərbaycanda tanınmayacaq.

Dəfələrlə müraciətimizə baxmayaraq, ATİB-dən redaksiyamızın sorularına cavab ala bilmədik. Onlara ünvanlanan suallarımız və verilən vaxtuzadıcı cavablar telefon danışıqlarında audio yazılarda qeyd olunub. Araşdırmamızsa davam edir. Tərəf olaraq bütün mövqeləri saytımızda dərc etməyə hazırıq.




ƏLAVƏ OLUNMUŞ SƏNƏDLƏR:
1. ADVOKATIN ATİB SƏDRİ CEMAL YANGIN`A GÖNDƏRDİYİ “SORGU” (2 SƏHİFƏ);
2. TƏHSİL NAZİRLİYİNİN 2011 QƏRARI;
3. TƏHSİL NAZİRLİYİNİN 2014 YENİ QƏRARI.

Tezxeber.az

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com