Ağstafanın icra başçısı Məhərrəm Quliyev 35 il harada olub? – İDDİA

1480421602_0001
Bəzi icra başçılarının əhalini dövlətdən narazı salması, qohumlarının rayonlarda «at oynat»ması, övladlarının harınlığı və s. barədə ölkə mətbuatında kifayət qədər yazılar dərc olunur. Hətta problem o həddə çatıb ki, ölkə başçısı məmur balalarının hərəkətləri barədə dəfələrlə xəbərdarlıq edib.
Bütün bunlar hamıya bəllidir. Digər vacib məsələlərdən biri də rayonlara rəhbərlik edən şəxslərin öz tərcümeyi-halını cəmiyyətdən gizlətməsi ilə bağlıdır. Məlumdur ki, müasir dövrün tələblərinə uyğun olaraq hər bir rayon icra hakimiyyətinin saytı fəaliyyət göstərir və həmin saytlarda rayonla bağlı məlumatlar öz əksini tapır.
Eyni zamanda saytlarda ən azı rayon rəhbərliyinin tərcümeyi-halı, həyat yolu işıqlandırılır. Məntiqlə burada özfəaliyyətdən söhbət gedə bilməz.
Gundelik-Baku.com olaraq qeyd edək ki, Prezident Adminstrasiyasının müəyyən elədiyi konkret formada rayon rəhbərliyinin ömür yolu saytda qısa da olsa öz əksini tapmalıdır.
Ağstafa Rayon İcra Hakimiyyətinin saytına nəzər salanda bəlli oldu ki, bu məslədə pərakəndəlik var. Elə icra başçıları var ki, saytda ancaq onlarla bağlı prezidentin sərəncamını dərc etməklə kifayətlənir. Bir soruşan yoxdur ki, məgər prezidentin sərəncamı sənin tərcümeyi-halındır..? Hətta saytlarda rayona rəhbərilik edən şəxsin hansı ali məktəb bitirməsi, haralarda işləməsi belə bəlli olmur.
Nümunə kimi Ağstafanın icra başçısı Məhərrəm Quliyevin saytda əks olunan tərcümeyi-halına nəzər salaq. Beləliklə, Quliyev Məhərrəm Böyükağa oğlu 1968-ci ildə Lənkəranda anadan olmuşdur.
2003-cü ildən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, 13.03.2006–cı ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində işləmişdir. Dövlət qulluğunun baş müşaviridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 01 iyul 2011-ci il tarixli Sərəncamı ilə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var. Yaxşı, oxucu, yaxud rayon sakini haradan bilsin ki, Məhərrəm Quliyev 35 (1968-2003 ) il harada olub, hansı ali məktəbi bitirib? Ümumiyyətlə, başçı məktəbə gedibmi..? Orduda qulluq edibmi..? Suallar çoxdur. Yaxşı olar ki, qarşı tərəf buna aydınlıq gətirsin.
Gunxeber.com

 

 

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com