Abşeronda qanunsuz tikililərə qarşı sərt addım – FOTOLAR

img1866157Qobuda mühafizə zolağında tikilən ev uçurulub; evin sahibinə başqa ərazidə 3 sot torpaq, 1 aylıq kirayə pulu verilib

Abşeron rayonu Qobu qəsəbəsində qanunsuz evlərin tikintisi yerli icra orqanları tərəfindən ciddi nəzarətə götürülüb. Artıq mühafizə zolağı hesab edilən ərazilərdə aparılan tikintilərə qarşı sərt tədbirlər görülür. Belə ki, iyulun 27-də Qobu qəsəbəsi, Yeni məhəllə 2 ünvanında Zaur Əliyev adlı sakinin evinin sökülməsi yerli icra orqanları ilə zərərçəkən arasında narazılıq yaranıb.

Söküntüyə səbəb tikintinin yüksək gərginlikli elektrik xətlərinin yaxın məsafəsində olması göstərilib. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Zaur Əliyev həmin ərazidə ev tikib. Lakin rayon polis idarəsi, icra nümayəndələri, “Azərenerji” nümayəndələri əraziyə gələrək tikintini uçurublar.

Qeyd edək ki, sökülən ev 5 nəfərdən ibarət olan imkansız ailəyə məxsus olub və ailənin azyaşlı övladları var.

Məsələ ilə bağlı Abşeron RİH-nin memarlıq şöbəsi ilə əlaqə saxladıq. Şöbənin müdiri Akif Əliyev musavat.com-a bildirib ki, sözügedən ev yüksək gərginlik zolağı sahəsinə düşdüyü üçün xəbərdarlıq olunmuşdu: “Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən həmin ərazidə tikinti aparılması qadağandır. Biz də qanunvericiliyin tələblərini izah etmişdik. Lakin o, heç bir icazə olmadan gecə vaxtı evi xəbərsiz tikib”.

İcra nümayəndəsi onu da qeyd etdi ki, həmin ailəyə bələdiyyə tərəfindən 3 sot torpaq verilib. Müvəqqəti yaşamaq üçün aylıq kirayə haqqı ilə təmin edilib.

Məsələ ilə bağlı əraziyə baş çəkib zərərçəkənlə həmsöhbət oluruq. Zaur Əliyev bizə bildirdi ki, icra hakimiyyəti tərəfindən torpaq sahəsi və kirayə pulu verilib: “Hazırda kirayə axtarıram”.

Gunxeber.com

58a22306ecb4

 

 

 

 

 

 

719b25037d2c

 

 

 

 

 

 

 

bc8edc6eb5d7

 

 

 

 

 

 

a2fa54faf0c2

 

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com