ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

amerika-300x225

Bir qrup ABŞ senatoru Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsi hazırlayıblar.

Bu barədə Vaşinqtonda mətbuat konfransında senator Ben Kardin bildirib.

“Bu təfsilatlı qanun layihəsi Amerika maraqlarının əleyhinə fəaliyyət həyata keçirən Rusiyaya qarşı əlavə sanksiyalar nəzərdə tutur. Biz hücuma məruz qalmışıq, bizə Rusiya Federasiyası hücum edib. Bu artıq müzakirə predmeti deyil”, – deyə Kardin qeyd edib.

Onun sözlərinə görə, sanksiyalar ABŞ və Ukraynaya qarşı kiberhücumlara, insan haqlarının pozulması və korrupsiyaya görə məsuliyyət daşıyan fiziki şəxslərə qarşı tətbiq ediləcək.

Bundan başqa, qanun layihəsinin bir hissəsi Rusiyanın Ukrayna, Suriya, Gürcüstan və Krımla bağlı fəaliyyətini əhatə edir.

Qanun layihəsi hər iki partiyanın nümayəndələri – respublikaçı Con Makkeyn, demokratlar Kardin və Robert Menendes tərəfindən hazırlanıb.

Qeyd edək ki, Moskva Vaşinqtonun kiberhücumlarla bağlı ittihamlarını rədd edir(apa).

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com