Abbas Abbasov adamını nazir təyin etdirdi

abbasDağıstan Prezidenti Ramazan Abdulatipovun sərəncamıyla Hüseynov İmran Sadıq oğlu Dövlət Əmlak naziri təyin edilib.

PİA.AZ  xəbər verir ki, milliyətcə azərbaycanlı olan Hüseynovun nazir təyin edilməsi çoxları üçün gözlənilməz olub.
Yerli mənbələrin məlumatına görə, İmran Hüseynov Azərbaycanın baş nazirinin keçmiş 1-ci müavini Abbas Abbasovun dəstəyi ilə bu vəzifəyə təyin edilib. Dağıstan prezidenti ilə yaxın dost olan və “Azerros”un rəhbərliyində bir yerdə təmsil olunan Abbasov bu respublikada bir sıra dövlət müəssisələrini ələ keçirməyə iddialıdır. Qeyd olunur ki, gələn il Dağıstanda, xüsusən də Dərbənddə böyük özəlləşməyə start veriləcək. Elə bu rayonunun keçmiş başçısı Qurban Qurbanovun vurulması da özəlləşməni rahat həyata keçirmək üçün nəzərdə tutulmuşdu.
Məlumata görə, İmran Hüseynovun dövlət əmlak naziri təyin olunmasının arxasında həm də Dərbəndin iri obyektlərinin özəlləşdirilməsi nəzərdə tutulub.

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com