REKLAMINIZ BURADA
     

“Çudo Peçka”ların yeni sahibi zühur etdi


Yeni imici ilə geri dönən Heydər Babayev qida sektoruna əl atdı

Hələ ötən il məlum olmuşdu ki, “Çudo Peçka” mağazalar şəbəkəsi biznesmen Çingiz Cəlilovun əlindən alınaraq, başqa bir şəxsə verilib. Bu barədə mətbuatda gedən yazılarda qeyd olunurdu ki, “Çudo Peçka”ların o vaxtıki sahibi Ç.Cəlilov bankdan götürdüyü böyük məbləğdə krediti qaytara bilmədiyi üçün mağazalar şəbəkəsi onun əlindən alınıb. Məlumatda bildirilirdi ki, Ç.Cəlilovun 2  milyon manata qədər kredit borcu var və bu üzdən də onun biznes şəbəkəsinə daxil olan “Çudo Peçka”lar girov kimi əlindən alınıb. Yazılanlardan o da məlum olurdu ki, adı çəkilən mağazalar şəbəkəsi “Bank Standart”ın mülkiyyətinə verilib. Ancaq həmin ərəfələrdə “Çudo Peçka”ların Çingiz Cəlilovdan alınaraq, konkret kimə verildiyinə dair heç nə yazılmamışdı.

Dünən isə nəhayət, “dananın quyruğu görünüb”. Belə ki, Azərbaycan ən iri şirniyyat şəbəkəsindən biri olan “Çudo Peçka” mağazalarının yeni sahibi özünü bəlli edib. Bu, keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevdir. Bir neçə il bundan əvvəl qalmaqallı şəkildə vəzifəsindən istefaya göndərilən nazir uzun müddət idi ki, ortalıqda görünmürdü. Onun hətta ölkədən kənarda yaşamağa başladığı və bütün kapitalını da Azərbaycandan çıxardığı bildirilirdi. Lakin bunun heç də belə olmadığı bəlli olub.

Gunxeber.com-un məlumatına görə, Heydər Babayev mayın 10-da “Çudo Peçka” mağazalarının növbəti şəbəkəsini açmaq üçün ictimaiyyət qarşısına çıxıb. Əməkdaşımızın sözlərinə görə, keçmiş nazir dünən Xəzər rayonunda açılışı edilən “Çudo Peçka” mağazasını lentini kəsmək üçün Mərdəkanda olub.

Uzun saç düzümü və yeni imici ilə diqqət çəkən H.Babayev bununla da, uzun müddətdir qaranlıq aalan bir məsələyə aydınlıq gətirib. Belə ki, eks-nazir “Çudo Peçka” mağazalar şəbəkəsinin yeni sahibinin kimliyi barədəki qaranlıq məqamı aydınladıb. H.Babayev Çingiz Cəlilovun biznesinə sahiblik edən yeni şəxs olduğunu aşkara çıxarıb.

Onu da bildirək ki, araşdırmalarımız nəticəsində bu da bəlli oldu ki, H.Babayev Çingiz Cəlilovdan təkcə “Çudo Peçka” şəbəkəsinə daxil olan mağazaları deyil, həmçinin, “5 qazan” restoranlarını da kredit borcu müqabilində müsadirə edib.

Onu da bildirək ki, hələ Heydər Babayevin nazir olduğu vaxtlarda “Bank Standart”ın onun böyük biznes imperiyasına daxil olduğu bəlli idi. Ç.Cəlilovun 2 milyonluq borcunun müqabilində onun biznesinin bu bak tərəfindən girov götürülərək, müsadirə edilməsi də əslində bu mağazalar şəbəkəsinin elə o vaxtdan H.Babayev tərəfindən ələ keçirilməsi demək idi. Lakin görünür, bir sıra detallar mətbuatın gözündən qaçıb. Ancaq yazdığımızdan da aydın olur ki, keçmiş nazir “Çudo Peçka”ların yeni sahibi olduğunu gizlətmək niyyətində deyil.

H.Babayevin bu cür dönüşü onu da göstərir ki, keçmiş nazir hakimiyyət komandası ilə arasında olan gərgin münasibətləri də qaydasına salıb. Əks halda, H.Babayev kimi “vurularaq” nazirlik postundan uzaqlaşdırılan bir şəxsə ölkənin ən iri şəbəkələrindən birinə sahiblik etmək imkanı tanınmazdı.

Gunxeber.com



XƏBƏR LENTİ

SORĞU

Hansı partiyaya inanırsız?

Nəticələr

Loading ... Loading ...
Hazırladı: "IT Service" web-studio