REKLAMINIZ BURADA
     

Əhaliyyə satılan qazın tərkibi yoxlanılır

ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi təbii qazın keyfiyyətinə yüksək səviyyədə nəzarət edir və bu məqsədlə ən yeni texniki üsullar və texnologiyalardan yararlanır. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlmata görə, istehlakçılara satılan təbii qazın keyfiyyət göstəriciləri Azərbaycan Respublikasında qüvvədə olan 5542-87 saylı dövlətlərarası standartın tələblərinə uyğundur.

Qeyd edək ki, əhaliyə satılan təbii qazın tərkibinin fiziki-kimyəvi göstəriciləri ARDNŞ-in Qaz Emalı Zavodundan qəbul edilərək yoxlanılır. “Azəriqaz”-ın xüsusi laboratoriyasında isə Qaz Emalı Zavodundan qəbul olunan təbii qaz təkrar yoxlamadan keçir. Qazın keyfiyyət göstəricilərində standartlara uyğunsuzluq aşkar edildikdə müvafiq tədbirlər görülür. Qazın nəql edilməsi sisteminə daxil olan kompressor stansiyaları və Magistral Qaz Kəmərləri sahələrindəki müasir tələblərə cavab verən ölçü cihazları ilə təmin olunmuş xüsusi laboratoriyalarda təbii qaz yenidən yoxlanılır və çatışmazlıq aşkar edildikdə nöqsanın aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirilir. Hazırda Qaradağ rayonunda yerləşən və “Azəriqaz” İB-nin Qazsazlama İdarəsinə məxsus olan laboratoriyadakı mövcud avadanlıqlar təmir olunur və yeniləşdirilir. Respublikanın bütün qaz nəqli sistemində, o cümlədən Hacıqabul, Siyəzən, Ağdaş, Qazax və Astarada da bu tip laboratoriyalar mövcuddur.



XƏBƏR LENTİ

SORĞU

Hansı partiyaya inanırsız?

Nəticələr

Loading ... Loading ...
Hazırladı: "IT Service" web-studio