REKLAMINIZ BURADA
     

Xatirə İslamın toyundan görüntülər – fotolar

Dünən müğənni Xatirə İslamın toyu olub.  Day.az-ın məlumatına görə, toyda geyindiyi gəlinlik Xatirə İslamın başına oyun açdı.
Toyda oğlan evi tərəfdən gələn qonaqların sayı az olmasa da, Azərbaycanın şou-biznes və mədəniyyət nümayəndələri də çox olub. Arif Babayev, Canəli Əkbərov, Flora Kərimova, Brilliant Dadaşova, Məleykə Əsədova, Nazpəri Dostəliyeva, Baloğlan Əşrəfov, Manaf Ağayev, Natavan Həbibi, Abbas Bağırov və digər tanınmışlar toy məclisinə dəvət olunanlar sırasında olublar. Bundan başqa, meyxanaçılar Vüqar və Ağamirzə, aktyorlar Rəfael vəCoşqun da toyda iştirak ediblər.

KİV nümayəndələrinin tədbirə girişi qadağan edilib. Yalnız xüsusi dəvətnaməsi olanlar toy məclisinə keçə biliblər.

Tanınmışlar hərəsi bir xüsusiyyətinə görə yadda qalıb. Abbas Bağırov qəribə saç düzümü ilə, Nazpəri xanım alovlu rəqsləri ilə, Arif Babyev gözəl ifası ilə, Güney Ələkbərova ilə Sevda Yahyayeva isə mini-yubkaları ilə yadda qalıblar. Toyun aparıcısı Nərgiz Cəlilova olub.

Rəqslərdən birində gəlin az qala pərt olacaqmış. Belə ki, onun enli bel kəməri gözlənilmədən açılıb. Lakin Xatirənin rəfiqələri bu çatışmazlığı elə rəqs meydançasındaca aradan qaldırıblar. Bu məqamda Xatirə çox da panikaya düşməyib.

Toyda qonaqlara xidmət edən heyətə və masanın üzərinə düzülmüş təamlar da xüsusi diqqət çəkib.  Qonaqlar heç bir xahişlərinə “yox” cavabı eşitməyiblər.
Məlumata görə, Xatirənin qaynatası müğənninin geyindiyi gəlinlik libasına  15 min manat pul ödəyib.

Masalarda bir nəfərlik menyunun qiyməti də bəlli olub. 1 qonaq üçün ayrılan yerin qiyməti 80 manat təşkil edib.
Gunxeber.com



XƏBƏR LENTİ

SORĞU

Hansı partiyaya inanırsız?

Nəticələr

Loading ... Loading ...
Hazırladı: "IT Service" web-studio