“12-ci əsrdə Qədim Misirdəki durumu 21-ci əsrdə Azərbaycanda da müşahidə edirik”

470

 

İqtisadi ideyalar abidəsi hesab edilən «Heraklopol çarının oğluna öyüdləri» əsərində müəllif bürokratlara və hakimiyyətdən şəxsi varlanması üçün istifadə edənlərə qarşı mübarizə aparmağın zəruriliyinə diqqət yönəldir.

O qeyd edir ki, yüksək vəzifə sahibi olanlar təkcə qanuni deyil, həm də çoxlu sayda qanunsuz gəlirlər əldə etmək, o cümlədən dövlət əmlakını mənimsəmək, rüşvət almaq imkanlarına malik olurdular.

Təəssüf ki, eramızdan əvvəl 12-ci əsrdə Qədim Misirdəki durumu bu eranın 21-ci əsrində müasir Azərbaycanda da müşahidə edirik. Buna baxmayaraq, bu gün Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın yaydığı məlumatda bildirilir ki, 2016-cı ildə korrupsiyaya qarşı səmərəli mübarizə üçün beynəlxalq standartlara cavab verən institusional və qanunvericilik tədbirləri davam etdirilmiş və geniş miqyaslı islahatlar həyata keçirilib.

Bununla yanaşı, “Beynəlxalq Şəffaflıq” təşkilatının “2016-cı il Qlobal Korrupsiya Barometri” hesabatında göstərilir ki, Azərbaycanda respondentlərin 79 faizi korrupsiyanı cəmiyyətin üzləşdiyi əsas problemlərdən hesab etmir. Eyni zamanda qeyd olunur ki, Azərbaycanın bu göstəricisi Avropa İttifaqı (68 faiz) və postsovet ölkələri (66 faiz) ilə müqayisədə daha yaxşıdır. Siz necə düşünürsünüz: doğrudanmı bu gün Azərbaycan cəmiyyəti korrupsiyanı üzləşdiyi əsas problemlərdən hesab etmir?

Qubad İbadoğlu, tanınmış iqtisadçı alim

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com