1000 manata avtomat satarkən tutuldu - Qazaxda

1483946758_486496ghityui

 

Qazax rayonunda silah alverçisi tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BakiPost.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakini Samir Zülfüqarov “AK” markalı silahı, patron darağını və 11 ədəd patronu 1000 manata satarkən tutulub.

 

Gunxeber.com

XƏBƏR LENTİ

Copyright © 2017 Gunxeber.com